Ölkə futbolu
Tərlan Əhmədov: “İnanıram ki, biz “Qarabağ”ı, onlar da “Sent Etyen”i məğlub edəcək”
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Futbolxeber.az saytına müsahibə verib.
- Çempionatda yaranan fasilədən AZAL necə yararlanır?
- “Qəbələ” ilə oyundan sonra komandaya 2 günlük istirahət verdik. Daha sonra məşqləri bərpa etdik. Dünən əvəzedicilərlə yoxlama oyunu keçirdik. Sabahdan isə “Qarabağ”nan oyunun hazırlığına start verəcəyik. 6 günlük tsiklnən bu oyuna hazırlaşacağıq.
- Heyətdə hər hansı itki varmı?
- Yalnız Tomi Kostadinov zədəlidi. O, “Qarabağ”la oyunda meydana çıxa bilməyəcək. Həmin qarşılaşmadan sonra məşqlərə başlayacaq.
- Bayaq əvəzedici heyətlə qarşılaşdığınızı xatırlatdınız. Niyə məhz rəqib qismində digər klubu yox, əvəzediciləri seçdiniz?
- Onsuz da mövsüm ərzində eyni komandaynan 4 dəfə oynayırıq. Bu sayın 5-ə çatmasını istəmədim. Bu halda bəzi nüanslar ortaya çıxa bilər. Əslində, mən birinci divizion klublarından biri ilə qarşılaşmağımızı istəyirdim. Amma birinci liqada da mövsüm start götürdüyündən istəyim baş tutmadı. Əvəzedicilərlə bu səbəbdən qarşılaşdıq. Digər tərəfdən də əvəzedici heyətdə 1994, 1995-ci il təvəllüdülü bacarıqlı uşaqlar var. Onların da oyununa tamaşa etmək istəyirdim. Bəziləri artıq əsas komandayla məşqlərə başlayıblar.
- Bir çox məşqçilər çempionatda yaranan fasilədən narazıdır. Siz də fikirdəsiniz?
- Bilirsiz, biz hamımız milli komandaya görə çalışırıq. Nə istəməyimizdən asılı olmayaraq, məqsədimiz yığmaya fayda verməkdir. Bu toplanışlar komandaya fayda verəcəksə, mən bunda problem görmürəm. Yığmanın uzunmüddətli toplanışları futbolçulara xeyirdir. Bu halda futbolçuların anlaşması yüksəlir. Yenə deyirəm, bu toplanışlardan milliyə xeyir dəyirsə, fasilə yaranmasına qarşı deyiləm.
- Amma hələ ki bu toplanışların yığmaya ciddi xeyrinin dəymədiyini görürük. Ən azından Rusiya ilə oyunda komandamız rəqibinə müqavimətsiz uduzdu...
- Nə olursa olsun, bu gün birdən-birə nəticə qazanmaq mümkün deyil. Əvvəllər şəraitsizlikdən, yoxlama oyunlarının azlığından şikayələtnirdik. İndi isə beynəlxalq oyunların sayı artıb. Bu cür toplanışların komandaya faydası dəyir. Amma rəsmi oyunla, qeyri-rəsmi görüş tam fərqli anlayışlardı. Yoxlama oyunundakı məğlubiyyətə görə nəticə çıxarmaq düzdün deyil. Ola bilər ki, futbolçularımız Rusiya ilə oyuna tam köklənməmişdilər. Əminəm ki, ayın 9-da tam başqa oyuna şahid olacağıq.
- Millimiz Bolqarıstanı məğlub edə biləcək?
- Niyə də yox? Bu gün futbolumuzda inkişaf var. “Qarabağ”ın Avroliqanın qrup mərhələsində oynaması buna sübutdur. “Neftçi” də eyni uğuru təkrarlaya bilərdi. Lakin bir qədər bəxtsizlik oldu. İnanıram ki, onlar gələn mövsüm qarşıya qoyulan hədəfə çatacaqlar. Son 3 ildə klublarımızın 2 dəfə qrup mərhələsində oynaması, “Qarabağ”ın demək olar ki hər mövsmü play-offa kimi irəliləməsi futbolumuzun inkişafının göstəricisidir. İnanıram ki, milli komandamız da klublarımız kimi bizi sevindirəcək.
- İstər Berti Foqts, istərsə də AFFA rəhbərliyi bəyan ediblər ki, Avro-2016-nın seçmə mərhələsində milli komandamızın məqsədi qrupda minimum üçüncü yeri tutmaqdır. Sizcə, millimizin bu nəticəyə imza atması realdır?
- Azərbaycan futbolunun potensialı bu nəticəni qazanmağa imkan verir. Futbolumuz günü-gündən inkişaf edir. Keçən tsiklin son oyunlarında millimizin qazandığı nəticələr də ümid etməyə əsas verir. Futbolçular dərk etməlidirlər ki, klubdakı nəticəni millimiz də təkrarlamalıdır. Foqts çıxıb, onların yerinə oynamayacaq ki. AFFA tərəfindən də bu gün milliyə hər cür şərait yaradılıb.
- Yenidən AZAL-a qayıdaq. Növbəti turda komandanız “Qarabağ”la qarşılaşacaq. Bu oyunda AZAL ardıcıl ikinci qələbəsini qazana biləcək?
- Hər şey Allahın əlindədi. Bilirik ki, rəqib güclüdür. “Qarabağ”ın Avroliqaya vəsiqə qazanması bu komandanın gücündən xəbər verir. Odur ki bizi qarşıdakı çox ağır oyun gözləyir. Çempionat elədi ki, komanda bir qələbə qazanırsa, bunun ardını gətirmək istəyirik. Düzdür, bir qədər vaxta ehtiyacımız var. Futbolçular hələ də tam olaraq bir-birinə uyğunlaşmayıblar. Buna baxmayaraq, çalışacağıq ki Qəbələdəki qələbənin ardını gətirək. İnanıram ki, biz “Qarabağ”a, onlar da “Sent-Etyen”ə qalib gələcəklər.
- Keçən dəfə sizinlə danışanda qeyd etmişdiniz ki, AZAL-ın cari mövsümdəki hədəfi ilk “beşliy”ə düşüb, Avroliqaya vəsiqə qazanmaqdı. İndi çempionat da başlayıb, rəqiblərin də çıxışına bələd olmusuz. Necə düşünürsüz, AZAL istəyinə çata biləcək?
- Komandamızda oyundan oyuna irəliləyiş hiss olunur. Qəbələdə futbolçular əzmkarlıq nümayiş etdirərək, sona kimi mübarizə apardılar. Bu isə bizə gələcəyə nikbin baxmağa əsas verir. İstədiyimiz nəticəni qazansaq, qış fasiləsində daha 1-2 oyunçuyla güclənəcəyik. İnanıram ki, AZAL istəyinə çatacaq. Məşqdən məşqə, oyundan oyuna komandada inkişaf var. Mövsüm uzundu, qələbə də olacaq, məğlubiyyət də. Amma bir oyunumuz əksikdi, 3 turdan sonra da aktivimizdə 4 xal var. Komandanın potensialı daha yaxşı nəticə haqda düşünməyə əsas verir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi