Ölkə futbolu
Arif Əsədov: “Hər bir şeyin təmirə ehtiyacı var, o cümlədən də “Neftçi”nin”
“Neftçi”nin baş məşqçisi Arif Əsədov “Het-trik news” qəzetinə müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir. Əsədov ilk öncə təyinatı barədə danışıb:
- Böyükağa müəllimin istefasından sonra klubun prezidenti Sadıq Sadıqov mənə zəng vurdu və “Neftçi”nin baş məşqçisi olmağı təklif etdi. Ertəsi gün görüşdük və müəyyən müzakirələrdən sonra təklifi qəbul etdim.
- “Neftçi”yə gəlişiniz əvvəldən məlum idi, yoxsa sürpriz oldu?
- Əvvəldən mənim bu posta gələcəyim barədə heç bir söhbət olmamışdı. Sürpriz oldu.
- Sirr deyilsə, Sadıq Sadıqovla nələri müzakirə etdiniz?
- Əsas müzakirələr komanda ilə bağlı oldu. “Neftçi”yə gənc futbolçuları cəlb etmək, yığmaya yeni-yeni futbolçular vermək və s. 3-4 il əvvəl Araz Abdullayev, Cavid İmamverdiyev və digərləri komandaya cəlb olunmuşdu və hazırda onlar yığmanın şərəfini qoruyurlar. Son illərdə isə isə “yeniləmə”yə az rast gəlinir.
- Arif müəllim, bəs, sizin qarşınıza hansı tələblər qoyulub?
- Arif Əsədovun məqsədi komandasının həmişə yüksək yerlərə layiq olmasıdır. Bu mənada fikirlərim klub rəhbərliyinin fikirləri ilə üst-üstə düşdüyündən deyə bilərəm ki, “Neftçi” ancaq yüksək yerlər uğrunda mübarizə aparacaq.
- Bir neçə il əvvəl “Neftçi”nin baş məşqçisi idiniz və komandanın çempionluğu ərəfəsində oradan ayrıldınız. Bildiyimə görə, “Neftçi”dən bir qədər incik də düşmüşdünüz. Yenidən köhnə işinizə qayıtmağa nə səbəb oldu?
- O vaxt da demişdim ki, komandadan öz istəyimlə getmişəm. Səbəblərini açıqlamaq istəmirdim və məsuliyyəti üzərimə götürüb istefa vermişdim. Həmin vaxt Sadıq müəllim komandadan getməyimi istəmirdi və fikirləşməyim üçün 10 gün vaxt da vermişdi. Amma fikrim qəti idi. Heç bir inciklikdən də söhbət gedə bilməz. Əgər belə bir şey olsaydı, bu gün “Neftçi”nin təklifini qəbul etməzdim.
- Nazim Süleymanovun istefasından sonra yenidən baş məşqçi postunu ələ keçirən Böyükağa Hacıyev belə bir fikir söyləmişdi: “Neftçi” hazır maşındı, otur, sür”. Həmin maşının təmirə ehtiyacı varmı?
- Hər bir şeyin təmirə ehtiyacı var. Komanda da maşın kimi daim işlədiyindən arada təmir olunmalıdı (gülür). Bu gün görüləsi işlər çoxdür. Ötən mövsümü komanda adına yaraşmayan 4-cü pillədə başa vurdu. Bu, o deməkdir ki, müəyyən çatışmazlıqlar var və qısa zamanda onları aradan qaldırmağa çalışacağıq.
- Çatışmazlıqlar deyəndə nələri nəzərdə tutursunuz? Komandada islahatlar gözlənilirmi?
- Futbolçularla bağlı hər hansı problem yoxdur. İndiyə kimi onların bəziləri ilə bir yerdə işləmişəm. Tanış olmadıqlarıma da mənim iş prinsiplərimi artıq izah ediblər. Futbolçuların “keyfiyyəti” məni qane edir. Hər hansı ciddi islahata ehtiyac görmürəm. Çatışmazlıqlar sırf oyunla bağlıdır. Bundan başqa limitlə bağlı da problemlər var. Bildiyiniz kimi, ötən il 7-8 legionerdən istifadə edilirdi. Bu ildən isə limit 6-a endirilib və bu mənada müəyyən çətinliklərlə üzləşə bilərik.
- Futbolçuların futbolçu kimi “keyfiyyət”ləri sizi qane edir. Bəs, insan kimi? Yəqin ki, mənimlə razılaşarsınız, hazırda komandada xeyli intizamsız futbolçu var.
- Futbolçularla ilk söhbətim nizam-intizamla bağlı olub. İstər meydanda, istərsə də meydandan kənarda hər bir futbolçu nümanəvi olmalıdır. İntizamsızlığa daha çox oyun vaxtı rast gəlinirdi. Bəzi futbolçular onlara verilən tapşırıqları yerinə yetirmirdilər. Yəni, oyun intizamı pozulurdu. Bundan başqa yersiz olaraq tez-tez vərəqələr alırdılar. Bu haqda da onlarla söhbətim olub və tələblərimdən xəbərdardırlar. Komandanın bəzi futbolçuları hazırda yığmanın düşərgəsindədirlər və qayıtdıqdan sonra hər biri ilə bu haqda danışacam. Tələbləri pozan futbolçu əlbəttə, cəzalandırılacaq.
- Klubun prezidenti Sadıq Sadıqov futbolçulara pul cəzasının verilməsinin əleyhinə olduğunu bildirərək, “futbolçunun pulunu kəsməkdənsə, canını alsan, ondan yaxşıdır” demişdi. Bildiyimə görə, klubda futbolçulara pul cəzası nadir hallarda verilir. Siz necə, futbolçuya belə cəzanın kəsilməsinin tərəfdarısınız?
- Bəzən futbolçuya bildirilən irad, deyilən söz pul cəzasından daha kəsərli olur. Digər tərəfdən indi biz oynadığımız vaxtdakı kimi deyil. Futbolçuların maliyyə vəziyyəti qat-qat yaxşılaşıb və onlara pul cəzası vermək problemin həll olunması anlamına gəlməyə bilər. Futbolçunun məşqçinin məqsədini, fəlsəfəsini, aurasını hiss elməsi mütləqdir. Əsas məqsədim komanda daxilində nizam-intizamın yüksək səviyyədə olmasıdır. Qaydaları pozanlara pul cəzasının verilməsinə gəlincə... Elə cəzalar var ki, pul cəzası onun yanında şükürlüdür.
- Bildiyimə görə, məşqçilər korpusunda ciddi dəyişikliyə ehtiyac görməmisiniz.
- Böyükağa Hacıyevin vaxtında komandada işləyən Bəxtiyar Musayev və Nazim Əliyev mənimlə birgə olacaqlar. O cümlədən komandanın fiziki hazırlıq üzrə məşqçisi George Karmel Barbulesku da məşqçilər korpusunda qalacaq. Onunla söhbət etdik, bir-birimizin fikirləri ilə tanış olduq. Düşünürəm ki, Barbulesku ilə işləmək rahat olacaq. Yeganə dəyişiklik Elmir Xankişiyevlə bağlıdır. Elmir müəllim də köməkçi məşqçi işləyəcək.
- Demək olarmı ki, Böyükağa Hacıyev və Tahir Süleymanovun “Neftçi”dən getməsi sizin işinizi yüngülləşdirəcək?
- Hər ikisi mən gəlməmişdən əvvəl istefa vermişdilər. Onların klubda qalacağı təqdirdə belə mənim işimlə heç bir bağlılıqları olmayacaqdı. Mənim üçün fərqi yoxdur, klubda kim hansı vəzifəni icra edir. Əsas odur ki, hamı “Neftçi”nin uğuru naminə üzərinə düşən işi vicdanla yerinə yetirsin.
- Arif Əsədov “Neftçi”yə itirilmiş imicini, “xalq komandası”, “flaqman” adlarını qaytara biləcəkmi?
- Əgər düşünürsünüzsə “Neftçi” bu adları itirib, onda əsas məqsədimiz onları geri qaytarmaq olacaq. Bura gəlməmişdən əvvəl “flaqman”, “xalq komandası” adlarının “Qarabağ”a keçməsi ilə bağlı çox sözlər eşitmişdim. Tezliklə, həmin fikirdə olanların yanıldıqlarını sübut etməyə, “Neftçi”nin əvvəlki imicinin qaytarılmasına çalışacağıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi