8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Qəbələ”nin futbolçusu Zaqatala səfəri öncəsi iddialı danışdı

Azərbaycan Premyer Liqasının ilk 4 turundan sonra milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə qısa istirahətə buraxılan “Qəbələ” hazırlıqlarını bərpa edib. Futbolxeber.az-ın məlumatına görə, komandanın gənc futbolçusu, klubun akademiyasının yetirməsi olan Elvin Camalov fasilə dövrü, ardınca keçiriləcək V turun “Simurq”la oyunu haqda fikirlərini gabalafc.az-a açıqlayıb: “Fasilədən mümkün qədər yararlanıb, çıxışımızı tam hazır formada davam etdirəcəyik. “Simurq” yaxşı tanıdığımız bir komandadır. Yaranan fasilə Zaqatala klubu ilə matça yaxşı hazırlaşmaq üçün imkan verdi. Lazımınca hazırlaşıb səfər matçına qələbə üçün gedəcəyik”.

Camalov komandanın ilk 4 turdakı çıxışını da dəyərləndirib: “Fikrimcə, 4 turdan sonra nə isə söyləmək hələ tezdir. “Qəbələ” mövsümlərarası fasilədə heyətinə yeni oyunçular qatan komandadır. Bu üzdən də futbolçular arasında anlaşmanın, uyğunlaşmanın istənilən səviyyədə olması üçün müəyyən zamana ehtiyac var idi. Ümid edirəm ki, qarşıdakı oyunlarda bütün bunlar qaydasına düşəcək və qələbələri sıralayacağıq. Heyətin yeni qurulduğunu nəzərə alsaq, ilk 4 turdan sonra 6 xal toplamağımızı yaxşı nəticə kimi dəyərləndirmək olar. Növbəti turlarda “Qəbələ” potensialını tam ortaya qoya biləcək”.

Yalnız IV turun AZAL-la ev oyununu buraxan Camalov ilk 3 turda sonradan meydana daxil olub. 19 yaşlı yarımmüdafiəçi bu matçlardakı çıxışına da toxunub: “Üç görüşdə meydana çıxdım. Öz oyunumdan razı qalmadım. Çünki bundan da yaxşısını bacara bilərdim. Bunun üçün də öz üzərimdə çox çalışmalı, növbəti oyunlarda verilən şanslardan maksimum yararlanmalıyam. Baş məşqçimiz şans versə, növbəti turlarda da meydanda olub, komandam üçün əlimdən gələni edəcəyəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30