8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Rəhman Hacıyev: “Hələ də içimdə yanıram, biz İsrailə ilk oyunda necə uduzmuşuq?

İsraillə oyunda vurduğu 2 qolla 21 yaşadək futbolçulardan ibarət milli komandamızın qələbəsində böyük pay sahibi olan Rəhman Hacıyev qarşılaşmadan sonra Futbolxeber.az saytının suallarını cavablandırıb.

- Əvvəlcə oyun barədə fikilərini bilmək istərdik.  

- Hər şey göz qabağında idi. Bu gün (söhbət dünən olub-red.) komandamız çox yaxşı oyun sərgilədi. Rəqibi bütün komponentlərdə üstələdik və layiqli qələbə qazandıq. Bütün komanda yoldaşlarımı bu qələbə münasibəti ilə təbrik edirəm.

- Səmimi de, oyundan qabaq komanda olaraq qələbəyə inanırdınızmı?

- Əlbəttə. Təəssüf ki, mən birinci oyunda olmamışdım. Şəxsən hələ də içimdə yanıram, indi də düşünürəm ki biz İsrailə ilk oyunda necə böyükhesabla uduzmuşuq? İlk oyundakı həmin yenilgidən sonra bu matça çox ciddi hazırlaşırdıq.

- Oyuna ciddi yanaşmağa sizi xüsusi nəsə motivasiya edirdi?

- Yox. Bilirdik ki, qrupdan çıxmaq şansımız yoxdu. Buna baxmayaraq, prinsipə düşmüşdük. Özümüz, bayrağımız üçün meydana çıxmışdıq. İnanırdıq ki, biz bunu bacaracağıq. Bacardıq da. Bütün gücümüzü meydanda qoyub, qələbə qazandıq.

- Məşqçilər korpusu qələbənizi necə qarşıdalı?

- Təbii ki, onlar da çox sevinirdilər. Bu qələbədə onların payını danmaq olmaz. Biz onsuz da meydanda məşqçinin verdiyi tapşırıqları yerinə yetiririk. Bu dəfə bütün tapşırıqları demək olar ki, səhvsiz yerinə yetirdik. Ona görə də qalib gəldik.

- İlk yarıdan sonra 2:0 hesabı ilə öndə idiniz. Bundan sonra komandada hər hansı arxayınçılıq yaranmadı?

- Öz adımdan deyə bilərəm ki, qətiyyən arxayınlaşmaqdan söhbət gedə bilməz. Çünki bu futboldu və 2 dəqiqə ərzində 2 qol da buraxa bilərsən. Yəni, meydanda bir an belə arxayınlaşmaq olmaz. 2:0 öndə olsaq da, qarşıda çox vaxt var idi. Hətta uduza da bilərdik. Odur ki, biz də sona kimi diqqətli oynayıb, istədiyimiz nəticəni qazandıq.

- Amma üçüncü qoldan sonra yəqin ki, qələbə qazanacağınıza əmin olundunuz?

- Hə. Çünki üçüncü qolu vuranda artıq oyunun sonuna elə də çox vaxt qalmamışdı. Cəmi 10 dəqiqə var idi və bu müddətdə 3 qol buraxmağımız qeyri-mümkün görünürdü.  

- 3:0 hesablı qələbəyə baxmayaraq, xeyli qol epizodunu qaçırdınız. Bunu nə ilə izah edə bilərsən?

- Həqiqətən də çox qol epizodumuz oldu. Dəyərləndirsəydik, daha böyük hesabla qalib gələcəkdik. 6, hətta 7:0 hesabı ilə də qalib gələ bilərdik. Üçüncü qoldan sonra da düşünürdüm ki, yenə də rəqibi məyus edəcəyik. Amma alınmadı.

Söhbətləşdi: Abbas Zahidi




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30