8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Araz Abdullayev: “Xəzər Lənkəran”la oyunda daha yaxşı vəziyyətdə olacağıq”

“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev "Simurq"la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Əvvəlcə “Simurq”a qarşı keçirilən oyun barədə fikirlərini bildirərdin.

- Azərbaycanda ən güclü müdafiə xəttlərindən birinə sahib olan komandaya qarşı oynayırdıq. Çətin oyun oldu. Rəqib güclü olsa da, qələbə qazana bildik. Təbii ki, buna görə çox sevinirəm. Növbəti oyunlarda isə həm öz komandama, həm də “Simurq”a uğurlar arzulayıram.

- Demək olarmı ki, bu qələbə “Partizan” yenilgisini unutduracaq?

- Məncə, bir az unutduracaq. “Partizan”ı keçə bilmədik. Amma həyat davam edir.

- Oyun zamanı rəqib futbolçu Rəşad Eyyubovla aranızda nə baş verdi?

- Heç bir problem olmadı, ola da bilmız. Çünki Rəşad mənim kiçik qardaşımdı.

- Kənardan belə görünürdü ki, “Simurq”la oyunda “Neftçi” çox yorğun idi...

- Təbii ki, komanda yorğun idi. Çünki 2 gün əvvəl o cür ağır oyun keçirmişdik. Yəni, yorğunluq olmasını normal qarşılayıram.

- Onda çempionatdakı fasilənin “Neftçi”nin xeyrinə olacağını söyləmək olar?

- Əlbəttə. Bu fasilə yerinə düşdü. Bir neçə gün istirahət etməklə yorğunluğu üzərimizdən atacağıq.

- Qarşıdan “Xəzər Lənkəran”la oyun gəlir. Bu oyun barədə nə düşünürsən?

- İndidən bu haqda danışmaq tezdi. Yalnız onu deyə bilərəm ki, “Xəzər Lənkəran”la oyunda daha yaxşı vəziyyətdə olacağıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30