29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qolları vaxtında vurduq”

“Oyunun ağır keçəcəyini bilirdik. 3 gün öncə Avropa Liqasında “Partizan”la qarşılaşdıq və məğlub olduq. Bu tura qədər “Simurq”dan başqa bütün komandalar məğlub olmuşdu”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Təcrübəli mütəxəssis Cavid İmamverdiyevin komandadan ayrıldığını bildirib: “Simurq”un oyunöncəsi köklənməsi yaxşı idi. Komandamız qolları vaxtında vurdu, sağ olsunlar. Belə bir vaxtda 3 xal qazandığımız üçün şükürlər olsun. Bu gündən istəyirəm hər bir futbolçumuzun yanına bir futbolçu da qoyum ki, öz qapımıza qol vurmasınlar. Cinahdan gələn ötürmələr üzərində çox çalışırıq. Müdafiəçilər topa ayaq atanda çox diqqətli olmalıdırlar. Futbolda avtoqollar da olur. Bruno Bertuççi müalicə olunmaq üçün düşərgədən gedib. Məqsəd İsayev bu gün onun yoxluğunu unutdurdu. O, gəncdir, futbolçu kimi hələ yetişir, gələcəkdə ən yaxşılardan biri olacaq. Komandanın bütün hazırlığını özüm edirəm, buna görə də yoruluram. Bu səbəbdən fiziki hazırlıq üzrə məşqçini komandaya cəlb etmişik. Savadlı mütəxəssisdir, yaxşı işləyir. Mirkamil Həşimli bundan sonra əsas komandada oynayacaq. Cavid İmamverdiyev klubdan ayrılıb. Artıq insayd mövqeyinde Mirkamilə şans verəcəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31