29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Tsxadadze: “Bu göstəricilərdə “Xəzər Lənkəran” bizi üstələdi”

“Bu cür oyunlarda, bu cür meydanlarda ilk növbədə futbolçuların qələbə istəyi, mübarizə əzmi ön plana çıxır. Bu göstəricilərdə rəqib bizi üstələdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis qol epizodlarını qaçırmalarından gileylənib: “Xəzər Lənkəran”ın 3 oyunda bir xalı var idi. Onlar üçün bu oyun dönüş etmək üçün sonuncu şans idi. Futbolçulara bununla bağlı xəbərdarlıq etmişdim. Təəssüf ki, ilk dəqiqələrdə sönük oyun oynadıq. Rəqib qələbə əzmi sayəsində qalib gəldi. Bir neçə yaxşı qol imkanı yaratdıq, lakin istifadə edə bilmədik. “Xəzər Lənkəran” isə yaratdığı yarımçıq qol epizodundan hesabı aça bildi. Bəzi oyunçularımız eyforiyaya qapılıb, liderliyi tam dərk edə bilməmişik. Bu mövsüm yaxşı heyət qurmuşuq, hər mövqeyə iki futbolçumuz var. Özlərini yaxşı tərəfdən göstərməyən oyunçuların yerinə başqalarına şans veriləcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31