29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Sadıq Sadıqov “Qarabağ”ı təbrik etdi

“Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov “Qarabağ” klubunu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ” klubunun prezidenti Abdulbari Goozala ünvanlanmış təbrik məktubunda deyilir: “Neftçi” PFK kollektivi adından UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarixi uğura imza atmağınız münasibətilə Sizi və rəhbərlik etdiyiniz “Qarabağ” FK-nın məşqçilər heyəti, futbolçular və bütün əməkdaşlarını təbrik edirik. Doğma Qarabağımızın Avropanın böyük futbol ailəsi – UEFA Avropa Liqasının qrup mərhələsində olmağı tək idman yox, eyni zamanda xalqımızın uğuru baxımından böyük nailiyyətdir. Bir daha Sizi təbrik edir və Avroliqanın qrup oyunlarında uğurlar arzulayıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31