8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Partizan”ın baş məşqçisi: “Bakıda da qələbə qazanmaq istəyirik”

“Hər iki komanda qrup mərhələsində iştirak etmək istəyir. Həm bizim, həm də “Neftçi”nin məqsədi sabah uğur qazanmaqdı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Partizan”ın baş məşqçisi Marko Nikoliç deyib. “Neftçi” ilə oyundan əvvəl Bakıda mətbuat konfransı keçirən Nikoliç

“Hər iki komanda bir-birini yaxşı tanıyır. Hava şəraiti sabahkı oyunda komandama təsir edə bilər. Eləcə də azarkeşlərimizin burada az olması. Oyunçularımın hər birinə güvənirəm. İnanıram ki, meydandakı mübarizəmiz çox gözəl keçəcək. Qarşıdakı 24 saat ərzində yerli mühitə öyrəşmək üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz sabahkı oyunun əvvəlində səhv etməməkdir. Bizim də irəli atılmaq üçün şansımız olacaq. Komanda meydana həyəcansız çıxacaq. Məqsədimiz ilk oyunda olduğu kimi qələbə qazanmaqdır”.

Nikoliç Bakının gözəl şəhər olduğunu bildirib: “Şəhəri gəzməyə vaxtımız olmadı. Amma şəhərin gözəlliyi elə ilk başdan diqqəti cəlb edir. İnsanlara buna görə təşəkkür edirəm”.

“Partizan”ın çalışdırıcısı komandada maliyyə problemi olmadığını qeyd edib: “Komandamızda maliyyə problemi yoxdur. Bu baxımdan hər şey qaydasındadır. Biz belə xəbərləri qəsdən yaymamışıq”.

Nikoliç rəqibin də güclü olduğunu qeyd edib: “Neftçi” çox yaxşı komandadır. Hücumda çox gözəl təsir bağışlayırlar. Heyətdə Flavinyo, Vobay kimi yaxşı oyunçular var. Bundan başqa, bilirəm ki, Kordosa da qayıdır. Sabahkı oyun asan olmayacaq. Oyunçularıma güvənirəm. Mən onlara necə inanmaya bilərəm?”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30