9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Neftçi” - “Partizan”: avstriyalı hakim hər iki komanda üçün uğursuzdu

Xəbər verdiyimiz kimi, Avroliqanın play-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Neftçi” - “Partizan” görüşünü Avstriyadan olan Robert Schörgenhofer idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, 41 yaçlı referi olduqca təcrübəlidir. O, 2007-ci ildən FİFA hakimi adını daşıyır. Schörgenhofer buna kimi bir dəfə avrokuboklarda “Neftçi”nin oyununu idarə edib. O, 2008-ci ildə İntertoto kubokunun üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Vasluy” - “Neftçi” görüşünün baş hakimi olub. Həmin oyun “ağ-qaralar”ın 062 hesablı yenilgisi ilə başa çatıb. İyulun 26-da baş tutan qarşılaşamada Schörgenhofer “Neftçi”nin 4 futbolçusunu sarı vərəqəylə cəzalandırıb.

2 il əvvəl isə avstriyalı referi “Xəzər Lənkəran” - “Lex” matçında ədaləti qoruyub. Avroliqanın ikinci təsnifat mərhələsinə təsadüf edən matç 1:1 hesabı ilə başa çatıb.

Schörgenhoferinn yolu buna kimi “Partizan”la da 2 dəfə kəsişib. O, 2009-cu ildə Avroliqanın qrup mərhələsi çərçivəsində keçirilən “Partizan” - “Brügge” matçının idarə edib. Belqraddakı oyun “Partizan”ın 2:4-lük yenilgisi ilə tamamlanıb. Noyabrın 5-də baş tutan qarşılaşmada Schörgenhofer “Partizan”ın 5 futbolçusuna sarı, 1-inə isə qırmızı vərəqə göstərib.

Schörgenhoferin “Partizan”ın iştirakı ilə idarə etdiyi digər oyun 2012-ci ildə Avroliqanın play-off mərhələsi çərçivəsində baş tutub. Norveçdə keçirilən “Tromse” - “Partizan” görüşü meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə tamamlanıb. Göründüyü kimi, Schörgenhofer həm “Neftçi”, həm də “Partizan” üçün uğursuz hakimdir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30