9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Vaqif Cavadov: “Milliyə görə utanmaq lazım deyil”

“Millinin düşərgəsinə gəlmək həmişə xoşdu. Kolllektivin daxilində olmaq, ab-havanı hiss etmək müsbət məqamdı”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri millinizin aparıcı üzvü Vaqif Cavadov deyib.

Təcrübəli futbolçu millinin oyununa görə utanmadığını bildirib: “İkinci hissədə oyunumuz yaxşı alınmadı. Heyəti baş məşqçi müəyyənləşdirir. Odur ki, kimin meydana çıxmalı olduğunu da o bilir. Milliyə görə utanmaq lazım deyil. Düzdür, yaxşı oynamadıq. Amma pis də olsa, yaxşı da olsa bu, bizim milli komandamızdı. Ad dəyişilmir”.

Cavadov millidə yalnız yerli futbolçuların oynamalı olduğunu qeyd edib: “Mənim fikrimcə, millidə yalnız yerli futbolçular oynamalıdır. Çoxlu legioner lazım deyil. Legioner çağırırlarsa, ikisini çağırsınlar, amma səviyyəli olsun. Biz də onlardan nəsə öyrənək. Qərarı mən yox, baş məşqçi qəbul edir”.

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30