8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Partizan"ın qapıçısı: "Neftçi" təhlükəli rəqibdir"

"Partizan" uzun müddət idi ki, superliqada ardıcıl iki səfər matçına çıxmırdı. Ancaq bu mövsüm iki səfər matçında qələbə qazanmağı bacardıq. İndi qarşıda "Neftçi" ilə iki vacib oyunumuz var". Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, bunu "Partizan" klubunun qapıçısı Milan Lukaç Serbiya mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah qarşılaşacaqları "Neftçi" ilə oyun haqda danışan serbiyalı qolkiper rəqibin təhküləli komanda olduğunu bildirib: "Çempionlar Liqasında "Ludoqorets"lə oyundan öncə ən azı Avroliqanın qrup mərhələsinə vəsiqəni təmin etmək istəyirdik. Ancaq bu baş tutmadı. İndi bunu "Neftçi" ilə oyunda bacarmaq istəyirik. Rəqibin nə qədər təhlükəli olduğunu bilirik. Lakib öz gücümüzə də inanırıq. Uğur qazanacağımıza inanıram. Bunun üçün ilk oyunda daha çox qol vurmalıyıq. "Neftçi" ilə oyunda güclü azarkeşlər dəstəyinə ehtiyacımız olacaq".

Qeyd edək ki, sabah Serbiyada keçiriləcək "Partizan" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30