9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

Varea: "Premyer Liqada heç bir komanda sənə havayı 3 xal verməz"

"Rəvan"ın argentinalı bombardiri Xuan Manuel Varea klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, hazırda hesabında 13 qol olan və bombardirlər yarışında 3-cü pillədə qərarlaşan Xuan budəfəki oyunun daha çətin olacağını düşünür: "Unutmaq lazım deyil ki, öncəki oyunda ilk hissədən sonra uduzurduq. Sadəcə, həmin matçda fasilədən sonra fantastik çıxış etdik. Premyer Liqada heç bir komanda sənə havayı 3 xal verməz. Hamı döyüşür. Özü də hazırda rəqibimizin durumu elədir ki, hər xal onlar üçün qənimətdir. Elitada qalmaq uğrunda yarışda həlledici mərhələ başlayır deyə, "Turan” bu dəfə daha inadkarcasına oynayacaq. Onlar "Xəzər Lənkəran”dan xal alıb, sonra da "Kəpəz”i udublar. Deməli, bizə qarşı da vuruşacaqlar. Amma "Rəvan”ın da öz məqsədləri var. Hələ elitadakı yerimizi tam qətiləşdirməmişik. Ona görə də 3 xal bizə də vacibdir. Ümumiyyətlə, hər matçda meydana 3 xal dalınca çıxırıq. Sadəcə, bəzən nəsə alınmır və heç nəsiz qalırsan. Çalışacağıq ki, bu dəfə belə istisna olmasın”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30