Ölkə futbolu
Baçana Tsxadadze: “Yaxşı futbolçularla güclənmək həmişə komanda üçün faydalıdır”
“İnter”in hücumçusu Baçana Tsxadadze klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- “Qarabağ”la oyun kifayət qədər gərgin alındı, amma hiss edilirdi ki, komandalara isti hava şəraiti mane olur.
- Matçın 0:0 hesabıyla başa çatmasına baxmayaraq hər iki komandanın fərqlənmək imkanları oldu. Bununla belə, heç-heçə hesabın məntiqi nəticə olması barədə deyilənlərlə də razılaşıram. İsti hava futbolçulara da təsir edirdi, axı qaynayan Günəş şüaları altında oynamaq çətindir. Bu vəziyyət komandalara özünü 100 faiz göstərmək imkanı vermədi.
- “İnter” ilk iki turda 4 xal topladı və bu nəticəylə komanda turnir cədvəlində yüksək yerdədir. Mövsümün əvvəlini “İnter” üçün necə qiymətləndirirsiniz?
- Ötən mövsümün əvvəlində etdiyimiz çıxışı xatırlasaq, o zaman indiki çıxışımızı uğurlu hesab etmək olar. Düşünürəm ki, ilk turda 4 xal kifayət qədər normal nəticədir. Əsas xal toplamağı davam etdirməkdir, axı mövsümün sonunda hər xal qızıl ola bilər.
- “İnter” kifayət qədər çox qol vurur, halbuki komandada nominal hücumçu yeganə sizsiniz. Sizin fikrinizcə, komandanın hücum xəttində güclənməsinə ehtiyac var?
-Bu suala cavab vermək mənim kompetensiyama uyğun deyil, amma mənim subyektiv fikrimi bilmək istəyirsinizsə, o zaman deyə bilərəm ki, komandanı gücləndirmək yaxşı olardı. Yaxşı futbolçularla güclənmək həmişə komanda üçün faydalıdır.
- Növbəti tur “İnter” kifayət qədər gözlənilmədən turnir cədvəlinin 1-ci yerində qərarlaşan “Sumqayıt”la qarşılaşacaq. Həmin görüş haqqında nə düşünürsünüz?
- Bu rəqibə qarşı çox ciddi şəkildə hazırlaşmaq lazımdır. “Sumqayıt”ın heyətində bir sıra təcrübəli oyunçularla bərabər gənc futbolçular çıxış edirlər. Onların “Xəzər-Lənkəran”la oyunları göstərdi ki, “Sumqayıt” asanlıqla məğlub ediləsi komanda deyil. Bu komandanı qiymətləndirməmək olmaz. Bəli, bizim ambisiyalarımız var və qələbəyə nail olmaq üçün özümüzü göstərməyə çalışacağıq.
- Növbəti ayda Avro-2016 turnirində təsnifat mərhələsi başlayır. Son zamanlar sizi tez-tez Gürcüstan millisinə dəvət edirlər. Yəqin bu dəfə də sizi çağıracaqlarını gözləyirsiniz?
- Milli komandanın məşqçilər heyətinin diqqətini cəlb etmək üçün optimal formada olmağa çalışacağam. Bunun üçün mənə “İnter”ə kömək etmək və çempionatda keçirilən oyunlarda özümü göstərmək lazımdır. Əlbəttə, bütün futbolçular kimi, milli komandaya dəvəti gözləyəcəyəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi