28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Xəzər Lənkəran” 10 ildə 90-a çatdı

Azərbaycan Premyer Liqasının I turu “Xəzər Lənkəran”da bir yubileylə əlamətdar olub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Ağ-yaşıllar” Azərbaycan çempionatları tarixində 90-cı dəfə meydanı heç-heçə ilə tərk edib.

AZAL-la səfər qarşılaşmasınadək Premyer Liqada 301 oyun keçirən komanda 89 dəfə bərabərliklə kifayətlənmişdi. “AZAL Arena”da keçirilən görüşdə qeydə alınan 1:1 hesabı bu siyahıda 90-cı olub.

2004-cü ildə tarixinin ilk oyununda səfərdə “Turan”la eyni hesablı heç-heçə ilə tarixinə start verən “Xəzər Lənkəran” 90-a 10 ildə çatıb.  Bununla da komanda həm də start ənənəsinə davam edib.

Belə ki, “Xəzər Lənkəran” ardıcıl 3-cü dəfə mövsümə 1:1 hesabı ilə başlayıb. 2012/13 mövsümündə “Rəvan”, 2013/14 mövsümündə “Sumqayıt”la qarşılaşan cənublular ardıcıl 3-cü dəfə ilk görüşdə 1 qol vurub və 1 xalla kifayətlənib. Ardıcıl 3-cü dəfə “Xəzər Lənkəran” ilk turu rəqib meydanında keçirib və yenə 1:1 hesabı qeydə alınıb. Amma əvvəlki iki startdan fərqli, bu dəfə “Xəzər Lənkəran” hesabda geri düşməyib, ilk qolu vuran tərəf olub.

Qeyd edək ki, çempionatdakı 90 heç-heçədən 39-u 0:0, 35-i 1:1, 16-sı 2:2 hesabı ilə başa çatıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31