8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Berqkamp və De bur "Qəbələ"nin "Ayaks"la heç-heçəsinə şahid oldular

 

Hollandiyada təlim-məşq prosesini davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası sözügedən ölkədə növbəti yoxlama oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, yerli "Ayaks"la üz-üzə gələn "qırmızı-qaralar"ın ikinci sınağı heç-heçə ilə yekunlaşıb. Matça daha yaxşı başlayan təmsilçimiz ilk hissəni Rövlan Muradovun qolu ilə qalib tamamlayıb - 1:0. "Qəbələ" ikinci hissədə də üstün oyun nümayiş etdirib. Komandamızın bir neçə fərqlənmək imkanı olsa da, hücum xəttinin həlledici məqamda qeyri-dəqiq oynaması hesabın artmasına imkan verməyib. Əvəzində hollandlar status-kvonu bərpa ediblər və matçın yekununu müəyyənləşdiriblər - 1:1. 
Matç bir sıra diqqətçəkən məqamlarla yadda qalıb. "Qəbələ"yə qarşı mübarizə aparan heyətdə məşhur hollandiyalı futbolçu Patrik Klüvertin oğlu da yer alıb. "Qəbələ" - "Ayaks" matçını izləyənlər arasında Dennis Berqkamp, Ronald de Bur və Kiki Musampa kimi tanınmış futbolçular da olub. 
Xatırladaq ki, "Qəbələ" hazırlıq çərçivəsində son oyununu aprelin 28-i keçirəcək. Sözügedən qarşılaşmada "qırmızı-qaralar" Almaniyanın "Fortuna" klubu ilə üz-üzə gələcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30