28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Skarlatake 50-yə çatdı

Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Bakı” ilə cavab oyunu (2:0) “Xəzər Lənkəran”ın futbolçusu Manuel Skarlatake üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, Rumıniyalı müdafiəçi 50-ci dəfə “ağ-yaşıl”ların heyətində meydana çıxıb.

2011-ci ilin əvvəlində transfer olunan arxa xətt oyunçusu yarım mövsüm ölkəmizdə çıxış etdikdən sonra vətəninə qayıtmışdı. 2012-ci ilin yayında 1 illik fasilədən sonra yenidən komandaya qayıdan Manuel ümumilikdə “Xəzər Lənkəran”da mövsümyarıma yaxın çıxış edib.
 
Çempionatda 36, Avropa Liqasında 4 matça çıxan Skarlatake kubokda 10-cu görüşünü keçirməklə ümumi oyun sayında 50-yə çatdı. Bununla da o, klub tarixində 50 və daha çox oyun keçirən 38-ci futbolçu oldu.
 
mövsüm turnir oyun dəqiqə qol sarı qırmızı
2010/11 çempionat 12 1080 1 2 0
2010/11 kubok 5 480 1 2 0
2012/13 Avroliqa 4 360 1 0 0
2012/13 çempionat 24 2160 5 6 0
2012/13 kubok 5 422 0 0 0
    50 4502 8 10 0
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31