7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

“Bu “Xəzər Lənkəran” ötən mövsümdəkindən daha güclüdür”

“İlk oyunda komandada həyəcan hiss olunurdu. Qarşımıza qələbə qazanmaq məqsədi qoymuşduq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Əhmədov komandasında çatışmazlıqların çox olduğunu vurğulayıb: “Komandada yeni futbolçu çoxdur, uyğunlaşma dövrü keçirlər. Tomi Kostadinovun viza problemi olduğundan yalnız son 3 gündə bizə qoşula bilib. Çatışmazlıqlarımız çoxdur, əsasən hücum xəttini gücləndirməliyik. İrəli xəttdə top saxlaya bilməməyimizdən rəqib istifadə edirdi, üstünlüyə yiyələndi. Marafon uzundur, yolumuz ağırdır. Növbəti oyunlara baxmalıyıq. Bu günlərdə düşərgəmizə iki hücumçu gəlməlidir. “Xəzər Lənkəran”ın son oyunlarına baxmışdıq. O oyunlardan indiyə rəqib çox artırıb. Hücum xəttində ən təhlükəli futbolçusu Rauf Əlyevdir. Əksər təhlükəli epizodları standart vəziyyətlərdən yaradırlar. Müqayisə etsək, bu “Xəzər Lənkəran” ötən mövsümdəkindən daha güclüdür”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30