24 May 2024, Cümə
Avroliqanı "Atalanta" qazandı
I Liqada çempion məlum oldu
II Liqanın bombardiri mükafatlandırıldı
II Liqada mövsümə yekun vuruldu

Ölkə futbolu

“Çixura” - “Neftçi” oyununda təhlükəsizliyin təminatına müxtəlif qurumlar cəlb olunub”

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Çixura” (Gürcüstan) - “Neftçi” (Azərbaycan) qarşılaşmasının təşkilinə nəzarəti Gürcüstanın Gənclər və İdman Nazirliyi öz üzərinə götürüb. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bunu qonşu ölkənin naziri Levan Kipiani açıqlayıb.
 
O bildirib ki, avqustun 7-də Tiflisdəki Mixail Mesxi adına stadionda baş tutacaq qarşılaşmadan 2 gün əvvəl Gürcüstan Futbol Federasiyasında fövqəladə yığıncaq keçirilib. Burada matçda təhlükəsizlik və təşkilatçılıqla bağlı digər məsələlər müzakirə olunub.
 
Kipianinin sözlərinə görə, cavab qarşılaşmasında hansısa insidentin yaşanması mümkün deyil: “Təşkilati məsələlərə nəzarət birbaşa nazirliyin üzərinə düşən işdir. Bununla bağlı dünən Gürcüstan Futbol Federasiyasında görüş keçirildi. Təhlükəsizliyin təminatı məqsədilə bu işə müxtəlif qurumlar cəlb olunub. Əlbəttə ki, bir neçə gün əvvəl yaranan problem təkrarlanmamalıdır və bizim hüquq-mühafizə orqanları, federasiya və nazirlik ölkədəki belə halların qarşısını almağa hazır olacağıq”.
 
Qeyd edə ki, “Neftçi”nin gürcülərlə 0:0 hesabı ilə başa çatan ilk oyununda arenaya gələn qonaq fanatların pankartda Qax və Zaqatala rayonlarının Gürcüstan ərazisi kimi göstərilməsi azarkeşlər arasında qarşıdurmaya səbəb olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31