28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Rəşad Sadıqov "Zalsburq"la oyunda oynayacaqmı?

“Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Zalsburq"la görüşdə ilk dəqiqələrdən meydanda ola bilər. Bu barədə Qol.Az saytına açıqlamasında futbolçunun özü məlumat verib.

Uzun müddət zədədən əziyyət çəkən R.Sadıqov hazırda ağrıları olmadığını bildirib. Bakıdakı oyunun 57-ci dəqiqəsində meydana daxil olan millimizin üzvü "Zalsburq"la səfər görüşündə problem yaranmayacağı təqdirdə oynaya biləcəyini deyib.

Qeyd edək ki, avqustun 6-da "Red Bull Arena"da keçiriləcək "Zalsburq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan görüşdə "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31