28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Xəzər Lənkəran”lılardan ilk peşəkar müqavilə FOTO

Bu gün "Xəzər Lənkəran" akademiyasının bir neçə yetirməsi doğma klubu ilə karyerasının ilk peşəkar müqaviləsini bağlayıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, öz yaş qruplarında komandanın liderləri olan və mütəmadi olaraq milli komandalara dəvət alan yeniyetmələr artıq növbəti mövsümdən əvəzedici komandanın da iştirak ərizəsinə salınacaqlar. Futbol həyatının yeni mərhələsinə qədəm qoyan futbolçular "Xəzər Lənkəran" Gənclər İnkişaf Proqramının Rəhbəri İlhan Akgül və əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədovun iştirakı ilə sözləşmələrə imza atdılar.

Müqavilə imzalayan futbolçular (şəkildə soldan sağa): Nurlan Fərəcli (04.09.2000-ci il), Yusif Həsənov (30.11.1999-cu il), İbrahim Qədirzadə (21.03.1999-cu il), Şamxal Sadıqov (01.03.1999-cu il), Sübhan Məmmədli (03.04.2000-ci il).

 Qeyd edək ki, daha bir futbolçu - Xəqani Sadıqov (10.04.2000-ci il) - U-15 milli komandasının toplanışında olduğu üçün onunla müqavilə futbolçu komandanın düşərgəsinə döndükdən sonra bağlanacaq.

 "Xəzər Lənkəran" Futbol Klubu bütün yetirmələrinə yenicə qədəm qoyduqları peşəkar karyerada uğurlar arzu edir, onlara istər ağ-yaşıl formada, istər milli komandanın heyətində yüksək nailiyyətlər diləyir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31