8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Ruslan Abışov: “Neftçi” ilə müqayisədə “Qarabağ”ın işi daha çətindir”

“Neftçi” - “Çixura” oyununu izlədim. “Neftçi” hücuma daha çox meyl etsə də, rəqibin məqsədi 90 dəqiqə ərzində qapısında qol görməmək idi”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri millimizin və “Qəbələ”nin üzvü Ruslan Abışov deyib.

Abışov “Neftçi” ilə müqayisədə ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın işinin daha çətin olduğunu bildirib: “Təbii ki, “Neftçi” ilə müqayisədə “Qarabağ”ın işi daha çətindir. “Zalsburq” güclüdür. Üstəlik, “Qarabağ”ın 2 aparıcı futbolçusu da səfər görüşündə meydanda olmayacaq. Xüsusən də Reynaldonu qeyd edərdim. Onsuz komandanın işi çox çətin olacaq. Bəxtdən də çox şey aslıdır. “Qarabağ” ilk 15 dəqiqədə qapısında qol görməsə, səfərdə sərfəli nəticəyə ümid edə bilər. Ümumiyyətlə, ölkəmizi avrokuboklarda təmsil edən hər iki komandaya uğurlar arzu edirəm. İnanıram ki, onlar növbəti mərhələyə vəsiqə qazanacaqlar”.

   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30