8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Bakı” böyükhesablı qələbə qazandı

Növbəti mövsümə hazırlıqlarını davam etdirən “Bakı” Futbol Klubu bu gün daha bir yoxlama görüşü keçirib. Futbolxeber.az-ın fcbaku.tv-yə istinadən verdiyi məlumata görə, “Bakı”nın təlim-məşq bazasının meydançasında baş tutan oyunda “zolaqlılar” “Zirə” klubu ilə qarşılaşıb. Meydan sahiblərinin böyük üstünlüyü şəraitində keçən görüşdə “Bakı” 3:0 hesablı qələbə qazanıb. Əvvəlcə oyunun 11-ci dəqiqəsində Namiq Ələsgərov sol cinahdan yerlə verilən ötürməni dəqiq tamamlayıb. İlk hissənin son dəqiqəsində isə Turalın sağ cinahdan ötürmə cəhdi avtoqolla nəticələnib. Nəhayət, ikinci yarının 57-ci dəqiqəsində Nicat Əsgərov komandasının 3-cü qoluna imza ataraq, yekun nəticəni müəyyənləşdirib.

“Bakı”nın ilk hissədəki heyəti: Aqil Məmmədov, Elşad Manafov, Vüqar Bəybalayev, Şəhriyar Əliyev, Mario Horvat, Yure Travner, Nuran Qurbanov, Risto Ristoviç, Namiq Ələsgərov, Tural Qürbətov, Nurlan Novruzov.

İkinci hissədəki heyət: Azad Kərimov, Aydın Mustafayev, Elvin Əliyev, Ülvi Süleymanov, Elton Hüseynov, Nicat Əsgərov, Raul Yaqubzadə, Elmin Əsgərli, Əziz Quliyev, Valeh Seyidov.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30