8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Çixura”nı yaxından tanıyaq

Avroliqanın III təsnifat mərhələsində “Neftçi” Gürcüstanın “Çixura” klubu ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, Saçxere şəhərini təmsil edən bu klubun əsası 1936-cı ildə qoyulub. Amma “Çixura” Gürcüstan yüksək liqasında yalnız 2006-2007 mövsümündə debüt edib. Komandanın “siftə”si uğursuz alınıb və “Çixura” 12-ci yeri tutmaqla yenidən I diviziona yuvarlanıb. Bir neçə il orada mübarizə aparan Saçxere təmsilçisi 2011/12 mövsümündə I divizonun qalibi olmaqla, yenidən yüksək liqaya vəsiqə əldə edib.

“Çixura” son mövsümdə tarixində ilk dəfə olaraq Gürcüstan çempionatında medalçılar sırasına düşərək, bürünc medala sahib çıxıb. 2013-cü ildə Gürcüstan kubokunda finalda yenilgi acısı yaşayan “Neftçi”nin rəqibi, ötən il ölkə Superkubokuna sahib çıxıb.  

“Çixura” ev oyunlarını Saçxere şəhərindəki Mərkəzi stadionda keçirir. Həmin arenanın tamaşaçı tutumu 4 mindir. Amma “Çixura” yalnız daxili yarışlarda bu arenanın xidmətindən yararlanır. Avrokuboklarda isə Saçxere təmsilçisi Tbilisidəki Mixail Mesxi adına stadiondan yararlanır.

“Çixura”nın heyətində azərbaycanlı futbolsevərlərə tanış sima da var. Bu, komandanın kapitanı David Obikadzedir. 33 yaşlı futbolçu 2009-2011-ci illərdə “İnter”in heyətində çıxış edib. “Bankirlər”in heyətində keçirdiyi 53 oyunda gürcü futbolçu 5 qol vurub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30