9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Sadıq Sadıqov Böyükağa Hacıyevi istefa ilə hədələdi

“MƏRHƏLƏ KEÇİLMƏSƏ, O, ELƏ SLOVENİYADA İSTEFA VERƏCƏK, MƏN DƏ QƏBUL EDƏCƏM”
“Yuxuda görmüşəm ki, qələbəylə qayıdırıq. İnşallah, belə də olar”. Qol.Az-ın xəbərinə görə, bu sözləri “Neftçi”nin prezidenti Sadıq Sadıqov bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Sloveniyada “Koper”ə qarşı keçiriləcək oyunla bağlı “Futbol +” qəzetinə müsahibəsində deyib.
 
Bu komandaların Bakıdakı ilk görüşündə Azərbaycan təmsilçisi 1:2 hesabı ilə uduzub.
 
S.Sadıqovun fikrincə, komandası cavab qarşılaşmasında qələbə qazanacaq: “2:0 hesabı ilə qalib gələcəyimizi düşünürəm”.
 
“Neftçi”nin prezidenti klubun sabiq-vitse prezidenti Tahir Süleymanovun komanda mərhələ adlamayacağı halda bütün heyətin göndərilməsinin vacibliyi haqda fikrinə də münasibət bildirib: “Onun bu fikriylə razı deyiləm. Elə Süleymanovun imzasıyla 23-25 futbolçu ilə müqavilə bağlamışıq. Yeni transferlərimiz, legionerlərimizlə 1-2 illik müqaviləmiz var. Onları necə qova bilərik? Kimisə göndərməyə, təzminat ödəməyə halımız yoxdur. Getməli olan əsas şəxs işini bilir. Mərhələ keçilməsə, baş məşqçi elə Sloveniyada istefa verəcək, mən də qəbul edəcəm. Bakıya dönməyi də gözləməyəcəm. Komandaya üç cavabdeh şəxs var. Mən, Tahir və Böyükağa. Tahir getdi, Böyükağayla mən qalmışam. Görək, nə olur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30