9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Elfsborq" Bakıya baş məşqçisiz gəlib

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "İnter"in qonağı olacaq "Elfsborq" klubunun baş məşqçisi Klas İnqesson ölkəmizə gəlməyib. Buna 45 yaşlı mütəxəssisə ölkəmizə gəlməsi üçün vizanın verilməməsi səbəb olub. Omba sümüyü qırıldığı üçün əlil arabası ilə gəzən İnqesson viza almaq üçün səfirliyə gec müraciət etməsi səbəbindən "İnter"lə görüşdə komandasının yanında ola bilməyəcək. Onun köməkçiləri Yanne Mian və Peter Vetterqrenlə telefonla əlaqə saxlayacağı bildirilir.  "İnter"in mətbuat xidmətindən "Elfsborq"un baş məşqçisi Klas İnqessonun Bakıya gəlmədiyi təsdiqlənib.
 
Qeyd edək ki, "İnter" - "Elfsborq" oyunu sabah, saat 21:00-da başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə "İnter" 1:0 hesabı ilə qələbə qazanmışdı.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30