29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Valletta”nın baş məşqçisi: “Qarabağ"la qürurumuz üçün oynayacağıq”

"Bilirik ki, yaxşı bir komandaya qarşı oynayacağıq. “Qarabağ” ötən illərdə Avroliqada yaxşı nəticə göstərib. Rəqibə olan hörmətə rəğmən qürurumuz üçün oynayacağıq". Futbolxeber.az-ın Qol.Az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Valletta” klubunun baş məşqçisi Qilbert Aqius Çempionlar  Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunuöncəsi təşkil olunmuş mətbuat konfransında deyib.
 
Gənc mütəxəssis növbəti mərhələyə adlamaq şanslarının az olmadğını bildirib. O, eyni zamanda bunu bacarmağın çətin olduğunu da etiraf edib: “Valletta”da məşqçi kimi ilk oyunlarımı keçirirəm. Futbolçular  dediyim  tapşırıqların öhdəsindən gəlsələr, yaxşı nəticə qazanacağıq.    Mənim üçün yaxşı oyun əsasdır, nəticə önəmli deyil. Heç vaxt bədbin olmamışıq. “Qarabağ”a təslim olmaq fikrimiz yoxdur.  İlk oyunda qapıçımız yaxşı qurtarışlar etdi. Ancaq oyunun qəhramanı təkcə o deyildi. İnanıram ki, sabahkı oyunda qapıçımızın üzərinə çox iş düşməyəcək. Vətənə yaxşı nəticə ilə qayıdacağımıza ümid edirik”.
 
Qeyd edək ki, "Qarabağ" - "Valletta" matçı sabah Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31