9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

Mahir Şükürov Tahir Süleymanovu ələ saldı

"Neftçi"nin Avroliqanın II mərhələsinin ilk oyununda Sloveniyanın  "Koper" klubuna məğlub olması cəmiyyətdə geniş müzakirə olunur. Bu məğlubiyyətdən sonra “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov növbəti dəfə istefa verdiyini bildirib. Futbolxeber.az-ın Publika.az-a istinadən verdiyi məlumata görə, “ağ-qaralar”ın keçmiş futbolçuları Mahir Şükürovla Tərlan Quliyev sosial şəbəkədə Süleymanovun istefasına münasibət bildiriblər.

 Futbolçular vitse-prezidenti ələ salan şərhlər yazmaqla yanaşı, “Neftçi”dəki maxinasiyalara da eyham vurublar. Türkiyənin "Karşıyaka" klubuyla müqavilə bağlayan Mahir Şükürov "Tahir istefa verir, səhər də gəlir bazada tennis oynayır” yazıb.

 "Qarabağ"a keçən Tərlan Quliyev isə Şükürovun şərhinə belə münasibət bildirib: "Tennis yox e, qaqaş, domino”.

 “Neftçi”nin sabiq kapitanı klubdakı maxinasiyalara belə eyham vurub: “Bizdən qıra bilmirlər, legionerləri gətirib, təzə komanda qurub, bu işi rahat edirlər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30