Ölkə futbolu
Banişevskinin nəvəsi: “Babamın istedadının 5 faizi məndə olsa...”
Azərbaycan futbolunun əfsanələri dedikdə digərləri inciməsin, gözümüzün önünə ilk olaraq 2 futbolçu gəlir – Ələkbər Məmmədov və Anatoli Banişevski. Hər ikisi dövrunun ən güclü futbolçularından olub, Azərbaycanın futbolunda silinməz iz buraxıblar. Anatoli Banişevski 1997-ci ildə dünyasını dəyişib. Ələkbər Məmmədov isə hələ sağdır. Allah uzun ömür versin. Bir neçə gün əvvəl “Şəfa”da “Şuşa”nın baş məşqçisi Nadir Qasımovla söhbət zamanı komandaya cəlb olunmuş yeni futbolçularla maraqlandım. Yetirmələri haqqında həvəslə danışan Nadir müəllim rəhmətlik Anatoli Andreyeviçin nəvəsinin də onun komandasında olduğunu bildirdikdə istər-istəməz bu gənc məndə maraq oyatdı. Nə qədər olmasa da, əfsanənin nəvəsi idi.Bəlkə yaxınlarda futbolumuzda yeni Banişevski görəcəyik. Bu fikirlə nəvədən həm babası, həm də özü haqqında müsahibə götürmək qərarına gəldim.
Çoxlarına məlumdur ki, oğlu olmayıb, 2 qızı var. Hər ikisi də azərbaycanlı ilə ailə həyatı qurub. Əli Babayev Baniveşskinin 2-ci qızı Marinanın övladıdır. Onunla nənəsigildə – Baniveşskinin həyat yoldaşı İnna Banişevskayanın evində görüşdüm.
Bu il mayın 4-də 18 yaşı qeyd edən Əli Dərbənd Universitetinin tələbəsidir. Söhbətə futbola gəlişi ilə başladı. Özü də azərbaycan dilində. Axı Əli azərbaycanlıdır.
- İlk məşqçim Roma Cəfərov olub. Futbolda ilk addımlarımı onun yanında atmışam. Futbolçu kimi yetişməyimdə Dimitri Kramarenkonun da böyük əməyi var. “Simurq”da olarkən onun sayəsində xeyli “artırdım”. İmkan olan kimi mənimlə fərdi məşqlər edirdi. Daim mənə nəzarət edirdi, məsləhətlər verirdi. Dimitri dayının atası Sergey Kramarenko babamla yaxın dost olub. Ailəvi gediş-gəlişləri var idi. Hər ikisi rəhmətə gedəndən sonra münasibətlər kəsilmədi. İndi də tez-tez əlaqə saxlayırıq. Dmitrii Kramarenko “Qəbələ”yə keçəndən sonra elə bil yaxın bir adamımı itirdim.
- Baban kimi sən də hücumçusan?
- “Şuşa”ya gələnə kimi hücumda yonayırdım. Amma Nadir müəllim məni daha çox yarımmüdafiənin cinahlarında sınayır.
- Nadir müəllim baban ilə yaxın dost olub. Nadir müəllim səni seçdi, ya sən onu?
- Hə, Nadir müəllim həqiqətən babam ilə bir evli kimi olub. “Şuşa”ya peyda olmağıma gəlincə, əlbəttə, Nadir müəllim məni seçdi. İstəməsəydi, dəvət etməzdi. Mən hələ o qədər yüksək səviyyəli futbolçu deyiləm ki, kimisə seçim. Bəlkə də bunu babama görə etdi. Hər halda himayəsinə götürdüyünə görə ona minnətdaram.
- U-19 millisinin son toplanışına çağırılmışdın. Yaxşı oynadığın üçün, yoxsa, Banişevskinin nəvəsi olduğuna görə?
- Yəqin ki, özümə görə. Sağ olsunlar, bir dəfə dəvət elədilər. Məncə, toplanışda özümü göstərə bildim. Yenidən dəvət eləsələr, deməli, oyunum məşqçiləri qane edib. Çox istərdim yenidən milliyə dəvət alım. Hər halda şans versələr, nəyə qadir olduğumu göstərə bilərəm.
- Əli, baban yaxşı hücumçu olub, yoxsa sən?
- Əlbəttə babam (gülür). Bilirəm, bu sualı zarafatla verdin, məni yoxlamaq istəyirsən. Babam hərtərəfli futbolçu olub. Başla, hər iki ayağı ilə yaxşı oynayıb, meydanı görmək qabiliyyəti var idi, sürət də öz yerində. O rəhmətə gedəndə mənim cəmi 1 yaşım var idi. Yadımda qalmayıb. Amma ağlım kəsəndə onun videolarına baxmışam, qəzetlərdə haqqında yazılan məqalələri oxumuşam. Babamın istedadının 5 faizi məndə olsa, sevinərəm.
- Banişevskinin nəvəsi olmağın hansı üstünlükləri var?
- Yaxşı futbolçu olmaq istəyirəmsə, özümə güvənməliyəm. Düzdür, tanıyanlar həmişə hörmət ediblər. Amma bir şeyi etiraf edim - mənə elə gəlir ki, çoxları onu unudublar. Ad çəkmək düzgün olmaz, sağlığında dost deyənlərin çoxları indi heç ailəsi ilə maraqlanmırlar. Təbii ki, söhbət maddiyyatdan getmir. Ad günündə və ya dünyasını dəyişdiyi gün xatırlamaqla iş bitmir.
- “Şuşa”da nə qədər qalmaq fikrin var? Ümumiyyətlə, Əli Babayev gələcəkdə hansı səviyyəli futbolçu ola bilər?
- Əsas məqsədim Azərbaycan futbolunun adına yaxşı işlər görməkdir. Düzdür, bunu babam səviyyəsində edə bilmərəm. Yenə də çalışacam. İndidən nəsə söyləyə bilmərəm. Necə futbolçu olacağımı zaman göstərəcək. Qarşıma qoyduğum ilk məqsəd Premyer Liqa klublarından birində çıxış etməkdir. Alınmasa, ölkə xaricində çıxış etmək imkanı var. Adını soruşmayın, deməyəcəm. Bu yaxınlarda əcnəbi klublardan birindən dəvət almışdım. Heç vaxt ölkəmi tərk etmək istəyində olmamışam. Müsahibədən əvvəl sizinlə söhbət edəndə dedim ki, əsl azərbaycanlıyam. Bakıda doğulmuşam, buranın havası, suyu, çörəyi ilə böyümüşəm. Adım Əlidir. Deməli, müsəlmanam. Atam dindardır, namaz qılır, oruc tutur. Anam qeyri-millətin nümayəndəsi olduğuna görə sözlərim çoxlarını qəribçiliyə sala bilər. Mövzudan uzaq düşməyim, hələki “Şuşa”dayam. Komandaya təzə gəlmişəm. Öyrənməli çox şey var. Nadir müəllim nə vaxt məsləhət bilsə, onda daha güclü komandaya keçərəm.
- Sən necə, dinin qaydalarına əməl edə bilirsən?
- Təəssüf ki, yox. Çox istərdim ki, oruc tutam. Məşqlərə görə alınmır.
- Özündə hansı xüsusiyyətdən narazısan?
- Bir az tənbələm.
- Allah eləməsin, birdən futbolda işlərin düz getmədi, hansısa sənət sahibi olacaqsan?
- Mütləq futbolçu olacam. Başqa sənət haqqında heç düşünməmişəm.
Söhbətin sonunda bizi kənardan izləyən İnna xanım nəvəsi haqqında fikirlərini soruşdum. İnna xanım nəvəsinin Banişveskinin yolunu davam etdirdiyinə görə çox sevindiyini söylədi: “Əlinin futbola sevgisi 3 yaşıdan başlayıb. Bir dəqiqə də olsun topsuz dayanmırdı. Yoldaşım rəhmətə gedəndə onun 1 yaşı təzəcə tamam olmuşdu. Ailəmizdə həmişə futbol ab-havası hökm sürüb. Banişevskidən sonra onun futbolla məşğul olması həmin ab-havanı yenidən qaytardı. Necə futbolçu olacağını deyə bilmərəm. Bunu Nadir müəllimdən soruşsanız daha yaxşı olar. Amma bir az tənbəldi. Hərdən səhər məşqə getməmək üçün bəhanələr uydurur. Harasınınsa ağrıdığını deyərək Nadir müəllimə zəng etməmi istəyir. Məni aldatmaq olmaz. Axı, futbolçunun həyat yoldaşı olmuşam. Özü də necə futbolçunun”.
“Şuşa”nın baş məşqçisi Nadir Qasımovdan da Əli haqqında fikirlərini öyrəndim. Nadir müəllim də İnna xanım kimi Əlinin tənbəlliyindən gileyləndi: “Banişevskinin yadigarı olduğu üçün hər birimizin ona diqqət ayırması vacibdir. Azərbaycan futbolunda ad qoymuş dahinin nəvəsidir. Amma bu onun əlini yanına salıb məşqlərə səthi yanaşmasına əsas vermir. Əli hələ gəncdir. Bir neçə aydır ki, yanımdadır. Əvvəllər hücumçu kimi oynayıb. “Şuşa”da onu daha çox yarımmüdafiənin sağ cinahında sınayıram. Bu da onun fiziki cəhətdən bir qədər zəif olmasına görədir. Bir qədər arıq uşaqdır. Hücumçu üçün müəyyən keyfiyyətlərə yiyələnməlidir. Amma yaxşı sürəti var. Qısası, yaxşı futbolçudur, üzərində işləmək lazımdır. Əgər yaxşı çalışsa, verilən tapşırıqları yerinə yetirsə, yaxın 2-3 ildə Premyer Liqa klublarında oynaya bilər. Biz də buna çalışırıq”.
“Het-trik news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi