29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“İnter” Moldova sindromuna son qoydu: “Nistru”yla başlayan ənənə “Tiraspol”la bitdi

Avroliqanın I təsnifat mərhələsində “Tiraspol”u mübarizədən kənarlaşdıran “İnter” ilkə imza atıb. Futbolxeber.az-ın araşdırmasına görə, “bankirlər” avrokuboklarda Moldova təmsilçisini mübarizədən kənarlaşdıran ilk Azərbaycan klubu kimi tarixə düşüb. Moldovalılarla avrokuboklarda əvvəlki 5 qarşılaşmamızın hamısı klublarımız üçün uğursuz alınmışdı.

2005/2006 mövsümündə “Xəzər Lənkəran” UEFA kubokunun ilk mərhələsində “Nistru”ya hər iki oyunda uduzub. Cənublular səfərdə rəqibinə 1:3, evdə isə 1:2 hesabı ilə yenilib.

2006/07 mövsümündə əvvəlcə İntertoto kubokunda “Tiraspol” “MKT-Araz”ı, daha sonra isə “Zimbru” UEFA kubokunda “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

2007/08 mövsümündə “Bakı” İntertoto kubokunda “Daçiya” ilə üz-üzə gəlib. Hər iki oyun 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə “Daçiya” üstün olub - 3:1.

Nəhayət, 2010/11 mövsümündə “Xəzər Lənkəran” Avroliqanın I təsnifat mərhələsində “Olimpiya” ilə qarşılaşıb. “Xəzər Lənkəran” ilk oyunda səfərdə qolsuz bərabərliyə razılaşıb. Cavab oyununda isə hesab açılmadığından, Moldova təmsilçisi səfər qolu sayəsində mərhələ adlayıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31