9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Bakıda qələbə qazanmağa və növbəti mərhələyə adlamağa məcburuq”

“Karyeramda hələ belə oyun olmamışdı - penalti, avtoqol...Həmin vaxt özümü çox piss hiss edirdim. Oyunumuz heç cür alınmırdı. Halbuki oyuna görə rəqibdən zəif olduğumuzu düşünmürəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Tiraspol”un müdafiəçisi Andrey Novikov deyib.

Bu gün Avroliqanın I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “İnter”ə qarşı keçirəcəkləri görüş barədə danışan Novikov, mərhələ adlamağa məcbur olduqlarını bildirib: “Yaxşı ki ikinci hissəsə rəqib qapısına da yol tapdım. Bu, məni bir qədər sakitləşdirdi. İlk oyundakı yenilgidən sonra növbəti mərhələyə adlamaq şansımız çox deyil, amma yenə də ümidimiz var. Bu futboldu. “İnter” bizə 3 qol vurdu, nəyə görə biz də bunu Bakıda təkrarlamayaq? Hesab edirəm ki, bu, realdı. İlk növbədə erkən qol vurmalıyıq. Çünki bu halda ikinci dəfə fərqlənmək üçün daha çox vaxtımız olacaq. Biz bunu bacararıq. Qələbə qazanmağa və növbəti mərhələyə adlamağa məcburuq. “İnter” yaxşı komandadır. Amma biz onların mənfi cəhətlərini bilirik və bundan faydalanmağa çalışacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30