10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

Mansurov və Genov siyahıya daxil oldular, Poladov debüt etdi

 

Premyer Liqanın 27-ci turu çərçivəsində “Simirq”la keçirilən matç "İnter" üçün bir sıra statistik göstəricilərlə yadda qalıb. Futbolxeber.az-ın məlumatına görə, “Simurq”la oyunda dubl etməklə fərqlənən bolqarıstanlı yarımmüdafiəçi Daniel Genov və çempionatda ilk dəfə əsas heyətdə meydançaya çıxan və ikinci hissədə zaqatalıların qapısından qol keçirən “İnter”in gənc forvardı Ramil Mansurov klubun tarixi ərzində bu turnirdə fərqlənə bilmiş “İnter”in sayca 71-ci və 72-ci futbolçuları oldular. Mövsümün gedişində bu siyahıya əvvəllər Georgiya Adamiya, Slavço Georgiyevski, Yuri Fomenko, Fuad Bayramov və artıq “İnter”dən ayrılmış Cako Arafat düşmüşdülər.

Bundan başqa, bu oyun “İnter”in qapıçısı Elşən Poladovun debüt etməsilə də yadda qaldı. Daha doğrusu, bu qapıçının komandanın heyətində çempionata qayıtmasıyla diqqəti cəlb etdi. Belə ki, Elşən Poladov 2006/2007-ci il mövsümündə “İnter”in qapısını qorumuşdu. Qeyd edək ki, Kaxaber Tsxadadzenin çempionatın 27 oyununda istifadə etdiyi futbolçuların sayı 29-a çatdı. “İnter”in heyətində daha çox meydançada olan futbolçu Slavço Georgiyevskidir - 2306 dəqiqə. Ən az oynayan gənc yarımmüdafiəçi Coşğun Diniyevdir-15 dəqiqə.

“İnter”in ən yaxşı bombardiri 7 qolla Baçana Tsxadadzedir. Təqribən hər 259 dəqiqən bir qol vurur. Ən çox sarı vərəqə alan futbolçu Vladimir Levin və Slavço Georgiyevskidir-8.

“Simurq” üzərində 5:0 hesablı qələbə “İnter”in tarixində sayca 4-cüdür. Belə ki, 2005/2006-cı il mövsümündə komanda doğma stadionda “Gəncə”ni 5:0 hesabıyla məğlub etmişdi. Növbəti mövsümdə “İnter” Tovuzun “Turan” komandasına 1:7 hesabıyla qalib gəlmişdi və 2009/2010-cu il mövsümündə Kaxaber Tsxadadzenin yetirmələri səfərdə “Muğan”ı 1:6 hesabıyla darmadağın etmişdilər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30