8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Böyükağa Hacıyev: “Sevindirici məqamdır ki, “Dinamo”dan çəkinmədik”

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Dinamo” (Kiyev) ilə Avstriyada keçirilmiş hazırlıq oyunu ilə bağlı fikirlərini bildirib. Futbolxeber.az-ın məlaumatına görə, təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında komandanın oyunundan razı qaldığını deyib: “Rəqibi xüsusi təqdim etməyə ehtiyac var? “Dinamo” (Kiyev) Avropanın adlı-sanlı klublarından biridir. Biz hələ Bakıda və ondan sonra Boludakı təlim-məşq toplanışında olarkən klub rəhbərliyi bildirmişdi ki, “Dinamo” (Kiyev) ilə oyunumuz nəzərdə tutulub. Sevindirici məqam idi ki, Ukrayna komandası “Neftçi”ni son dərəcədə ciddiyə alaraq, əsas heyətlə meydana çıxdı. Sanki, rəsmi oyunmuş kimi meydançada çox amansız mübarizə getsə də, futbolçular bir-birinə hörmətlə yanaşdılar. Bolu toplanışından sonra belə rəqiblə oyunda komandanın fiziki durumunun nə yerdə olduğunu bilmək çox önəmli idi. Bu baxımdan məmnun qaldım. Sevindirici məqamlardan biri budur ki, “Dinamo” (Kiyev) kimi heyətində milyonlarla qiyməti olan futbolçuların çıxış etdiyi rəqibdən çəkinmədik. Bu oyunda dəfələrlə yüzfaizlik qol epizodu yaratdıq və bunlardan da ikisini qola çevirdik. Hesabda geri düşməsinə baxmayaraq komandamız məğlubiyyətlə barışmaq istəmədi və əzmkarlıq nümayiş etdirdi. Futbolçuların əzmkarlığından, əsasən də gənc yerli oyunçulardan razı qaldım. Yeni transfer Kaue də bu oyunda özünü yaxşı tərəfdən göstərdi, bununla belə komandaya uyğunlaşması davam edir. Qarşıda hələ bir neçə hazırlıq oyunumuz var. İyulun 17-də Avroliqada keçirəcəyimiz ilk matçadək optimal heyəti müəyyənləşdirməliyəm və bunun üzərində də iş gedir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30