8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Tiraspol”un çalışdırıcısı: “Kim şansından yararlanırsa, o da qələbə qazanır”

“Ümumi götürdükdə, oyun bərabər keçdi. Rəqib bizim səhvlərdən yararlandı. Biz isə 0:3-ə kimi öz imkanlarımızdan yararlana bilmirdik. Rəqibi qələbə münasibəti ilə təbrik edirik. Onlar yaxşı oynayaraq, 3 qol vurdular. Təbii ki, kim şansından yararlanırsa, o da qələbə qazanır”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyundan sonra “Tiraspol”un baş məşqçisi Vlad Qoyan deyib.

“Tiraspol”un çalışdırıcısı müdafiədəki səhvlərdən gileylənib: “70-ci dəqiqəyə kimi oyunumuzun alınmadığını deyə bilmərəm. Həmin müddətdə 2-3 yaxşı şansımız var idi. Hələ ilk buraxılan qola qədər Ademar fərqlənə bilərdi. Amma biz vurmadıq, rəqib isə penalti qazandı. İkinci qol bizim künc zərbəsindən sonra vuruldu. Həmin ana kimi biz qol vursaydıq, nəticə fərqli olardı”.

Qoyan rəqibdən heç kimi fərqləndirmək istəməyib: “Rəqibdən kiminsə adını çəkə bilmərəm. Deyərdim ki, “İnter” yaxşı komandadır. Əlbəttə ki, cavab oyunu öncəsi rəqib daha şanslıdır. Lakin itiriləsi heç nəyimiz yoxdur. Biz futbol oynamalı və qol vurmağa çalışmalıyıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30