29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

AZAL: hazırlığın ikinci mərhələsi başladı

AZAL yeni mövsümə hazırlıq çərçivəsində ikinci mərhələyə başlayıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 28-də Azərbaycan tələbə yığması ilə yoldaşlıq oyunu (3:0) keçirdikdən sonra 3 günlük istirahət şansı qazanan futbolçular bu gün yenidən bazada bir araya gəlib. Komanda üzvləri bu gündən etibarən gücləndirilmiş rejimdə çalışacaq. Belə ki, mərhələnin sonuna qədər gündə iki məşq olacaq.

Bugünkü səhər məşqinin ilk 15 dəqiqəsi trenajor-zalda baş tutub və futbolçuların əzələ kütləsini artırmasına hesablanıb. Ardından meydan məşqlərinə keçən komanda üzvləri müəyyən məsafələrə qaçış üzərində işləyib. Hazırlıq çərçivəsində 6x6 olmaqla yarımmeydanda ikitərəfli oyunlar da keçirilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31