9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Tiraspol"un erməni futbolçusu: "Bakıya futbol oynamağa gəlirəm, müharibəyə yox"

Avroliqanın ilk təsnifat mərhələsində “İnter"in rəqibi olan Moldova "Tiraspol"unun şərəfini qoruyan Ermənistan yığmasının müdafiəçisi Artyom Xaçaturovun müsahibəsi

- "Tiraspol" - "İnter" matçından nə gözləyirsiz?

- Biz bu oyuna yaxşı hazırlaşmışıq və Bakı komandasını keçmək istəyirik. Qələbəyə oynayacağıq. Amma hər şeyə Azərbaycanda aydınlıq gələcək.

- "İnter" haqda nə bilirsiz?

- Yaxşı komanda olduğunu bilirəm. Atletikdilər, texnikalıdılar. Bizə çətin olacaq. Amma istənilən halda biz ilk mərhələni keçmək istəyirik.

- Bakıdakı cavab oyununa gələcəksiz?

- Hələ bilmirəm. Amma mənə elə gəlir ki, gələrəm.

- Yəqin ki, bu, Azərbaycana ilk səfəriniz olacaq...

- Bəli. İsti qarşılanacağımı gözləyirəm. Bilirəm ki, ölkələrimiz arasında müharibə şəraiti hökm sürür. İnanın ki, bu, mənim xoşuma gəlmir. Normal insan müharibəyə gedəndə, ürəyi ağrıyır. Ümumiyyətlə, mən insanları milliyətinə, dininə görə fərqləndirməyi xoşlamıram. Əsas insan olmaqdı.

- Düşünmürsüz ki, Bakıda yerli azarkeşlərin pis münasibəti ilə qarşılaşa bilərsiz?

- Bu, onların şəxsi işidi.

- Qorxmursuz?

- Hələ ki, yox.

- Hələ ki?

- Zarafat edirəm. Nədən qorxmalıyam ki? Mən ora futbol oynamağa gəlirəm, müharibə etməyə yox.

- "Tiraspol"a mərhələ keçmək nə dərəcədə çətin olacaq?

- Əgər qələbə qazanmaq istəməsək, meydana çıxmağa dəyməz. Bir yox, bir neçə mərhələ keçmək istəyirik.

- Sizcə, FİFA və UEFA Azərbaycan yığmasını, klublarını püşkatmalar zamanı ayırmaqla düzgün addım atır?

- Məncə, beynəlxalq qurumlar bununla təhlükəsizliyi düşünürlər. Bu, düzgün seçimdi. Futbol insanları bir-birinə düşmən etməməlidi. Çünki bu, idmandı.

- Sizcə, Azərbaycan və Ermənistan yığmaları bir-biri ilə oynasaydı, üstünlük hansında olardı?

- Bunu oyun göstərərdi. Fikrimcə, şanslar bərabərdi.

- Azərbaycan komandaları haqda nəsə bilirsiz?

- Yığmanızın Rusiyaya qarşı oyununu izləmişəm. Çox yaxşı komandadı. Baş məşqçiniz də səhv etmirəmsə, Berti Foqtsdu.


azerisport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30