9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Molla “İnter”in rəqibini xilas edə bilmədi

Avroliqanın ilk təsnifat mərhələsində “İnter”in rəqibi olan “Tiraspol” bu gün növbəti yoxlama matçına çıxıb. Futbolxeber.az-ın məlumatına görə, Moldova təmsilçisi Rusiyanın “Tom” klubu ilə üz-üzə gəlib.

“Şerif”in İdman Kompleksində baş tutan görüş “Tiraspol”un 1:2 hesablı yenilgisi ilə başa çatıb. İlk yarının sonu və ikinci hissənin əvvəlində qapısında qol görən Tiraspol klubunun gücü ancaq hesab arasındakı fərqi minimuma endirməyə çatıb. “Tiraspol”un yeganə qolunu qarşılaşmanın 55-ci dəqiqəsində 28 yaşlı hücumçu Oleq Molla vurub.

Xatırladaq ki, bundan əvvəlki yoxlama oyunlarında “Tiraspol” “Botoşan”ı (Rumıniya) 3:1, “Veris”i 4:1, “Daçiya”nı 1:0 hesabı ilə məğlub edib və “Şerif”ə 1:2 hesabıyla uduzub.

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30