9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

Subotiç "Qəbələ"dən getdi

 Avroliqaya hazırlıqlarını davam etdirən "Qəbələ" klubu daha bir aparıcı futbolçusu vidalaşıb. Komandanın qol silahı olan Daniel Subotiç başa çatan müqviləsini yeniləməkdən imtina edib. Bu barədə Qol.Az saytına klubun baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, isveçrəli hücumçunun şəxsi problemləri olduğu üçün belə qərar verib.

"Subotiç iyunun 16-da komandaya qoşulmalı idi. Onunla yeni müqavilə haqda ilkin razılıq əldə etmişdik. Ancaq ailə problemi olduğuna görə komandanın düşərgəsinə gələ bilmədi. Biz də bildirdik ki, onu çox gözləyə bilmərik. Artıq Subotiç azad agent statusu olan sərbəst futbolçudur" - deyə Əzizov bildirib.

Klub rəsmisi artıq yeni hücumçu axtarışında olduqlarını da qeyd edib.

Qeyd edək ki, "Qəbələ" yay fasiləsində buna qədər  Omar Kalabane, Yannik Kamanan, Dieqo Koşta, Rodriges Asis, Lorense Ebesilio, Marat İzmaylov, İbrahima Niasse kimi aparıcı futbolçular da tərk edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30