9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

Yaşar Seyidov: "Azərbaycanlı “moşennik” menecerlərin adlarını açıqlayacam"

“Bəli, FİFA komandamıza sanksiya tətbiq edə biləcəyi barədə qərar çıxarıb. Klubu da 7500 İsveçrə frankı məbləğində cərimələyib”. Futbolxeber.az-ı  məlumatına görə, bu sözləri “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov deyib.
 
Klub rəsmisi FİFA İntizam Komitəsinin təmsil olunduğu klub haqda çıxardığı qərarları belə şərh edib: “Bizə ona görə 7500 İsveçrə frankı məbləğində cərimə kəsilib ki, sabiq bolqarıstanlı legionerimiz Aleksandr Tomovskiyə olan borcu vaxtında ödəməmişik. Məsələ həllinin tapmayana qədər biz hər gün üçün futbolçuya ödəniləcək məbləğin 0,5 faizini cərimə olaraq FİFA-ya ödəməliyik”.
 
Tomovskiyə olan borcun ödəniləcəyini bildirən Seyidovun sözlərinə görə, FİFA-nın “Bakı” haqda çıxardığı qərar haqsızdı: “Düzdü, FİFA İntizam Komitəsinin qərarına görə, bir ay müddətində futbolçuya olan borcu ödəməliyik. Əks təqdirdə, klubun hesabından 6 xal silinəcək və daha sonra birinci diviziona göndərilmək ehtimalı var. Biz FİFA-nın Apelyasiya Komitəsinə şikayət etmişik. Verilən qərardan narazı olduğumuzu bildirmişik. Amma onlar bizim göndərdiyimiz şikayətə baxmayıblar. İndi hüquqşünas vasitəsilə yenidən bu məsələnin həllinə çalışacağıq. Artıq uzatmaq lazım deyil. Tomovski klubun heç bir uğurunda iştirak etməyib. Amma iddia qaldırıb ki, “Bakı” çempion olduğu üçün ona 20 min dollar mükafat verilməlidir. 78 min dolların 20 mini məhz həmin mükafatdır. Açın, statistikaya baxın. Tomovski buna layiq deyil. FİFA da haqsız qərar çıxarıb”.
 
Klub rəsmisi üzləşdikləri problemdə azərbaycanlı menecerləri də ittiham edib: “Ölkədə bəzi “moşennik” menecerlər var ki, işləri ancaq klublardan pul qoparmaqdır. Hələ susuram, zamanı gəlincə, hər şeyi deyəcəyəm. Onların adlarını bir-bir açıqlayacağam. Futbolumuzda belə çirkli işlərlə məşğul olanlar çoxdur. Vaxtı gələndə onlar ifşa edəcəm. Adını menecer qoyub, çirkli işlərlə məşğul olurlar”.
 
Seyidov yaxın zamanlarda klub prezidenti Hafiz Məmmədovla görüşərək, Tomovski məsələsində bütün qərarları ona təqdim edəcəyini bildirib: “Bu gün klubun prezidenti Hafiz Məmmədovla görüşəcəyəm. Ona bütün qərarları və sənədləri təqdim edəcəyəm. Məsələdən özü xəbərdardır və yekun qərarı da o, verəcək”.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30