29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"İnter" darmadağınla başladı

Dünən hazırda "İnter" Avstriyanın Lutzmannsburq qəsəbəsində keçirdiyi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Thermenhotel Kurz Lutzmannsburg” otelinin meydançasında baş tutan "İnter" -"Buhşaxen" matçı təmsilçimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze oyuna bu əsas heyəti buraxıb: Giorgi Lomaya, Məhəmməd Mirzəbəyov, Aleksandr Amisulaşvili, Yohan Bokonyano, Laşa Salukvadze, Matiya Şpiçiç, Abdulla Abatsiyev, Derlis Meza Kolli, Mirzağa Hüseynpur, Elvin Məmmədov,Baçana Tsxadadze.

İkinci hissədə isə “bankirlər” meydana fərqli heyət başlayıb. Elşən Poladov, Arif Daşdəmirov, Slavço Georgiyevski, İvan Benites, Azər Salahlı, Fuad Bayramov, İlqar Ələkbərov, Coşqun Diniyev, Dieqo Madriqal və Asif Məmmədov meydana çıxıblar. Hissənin gedişində Cəmil Hacıyev, Abbas Hüseynov və Mənsur Nəhavəndi də meydana daxil olublar.

“İnter”in heyətində Mirzağa Hüseynpur iki top vurub, digər qolların müəllifləri isə Baçana Tsxadadze, Arif Daşdəmirov və Dieqo Madriqal olublar.

Qeyd edək ki, ayın 19-da "İnter" növbəti yoxlama matçına çıxacaq. Komanda bu oyunda Avstriyanın "Şturm" (Qraz) klubuyla üz-üzə gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31