8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Əmrah Çəlikəl: “Qarabağ” üçün yenə transfer olmalıdır”

Son ölkə çempionu "Qarabağ" transfer fəaliyyətini davam etdirir. Artıq bir hücumçunu heyətinə qatan Ağdam klubu yarımmüdafiə və müdafiə xəttini də gücləndirmək fikrindədir.
 
Qol.Az saytına açıqlamasında klubun direktoru Əmrah Çəlikəl bəzi futbolçularla danışıqlar aparıldığını deyib. O əlavə edib ki, komandaya yerli futbolçu da cəlb oluna bilər: "Yeni transferlər etmək istəyirik. Ancaq bunun alınıb-alınmayacağını deyə bilmərəm. Bəzi oyunçularla danışıqlar gedir. Müzakirələr müsbət nəticələnsə, müqavilə imzalanacaq".
 
Klub rəsmisi konkret olaraq hansı mövqeyə oyunçu almaq istədiklərini açıqlamayıb. Ancaq komandanın baş məşqçi Qurban Qurbanov bir müddət avvəl Qol.Az saytına müsahibəsində hər mövqeyə bir futbolçu transfer etmək fikirində olduqlarını deyib. Buna görə də "Qarabağ"ın orta və müdafiə xəttini gücləndirməyə çalışdığını demək olar.
 
Ə.Çəlikəl yeni transfer Danilo Diasın transfer vərəqəsinin gecikməsinə də aydınlıq gətirib: "Transfer vərəqəsinin alınması bir qədər uzun çəkən prosesdir. Yəqin ki, Çempionlar Liqasının ilk oyununa qədər bu məsələ həllini tapacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30