9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qəbələ" üç futbolçusu ilə yolları ayırdı

"Qəbələ" üç futbolçusu ilə rəsmən yolları ayırıb. Bu haqda klubun baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, mətbuatda bir neçə futbolçunun "Qəbələ"dən gedəcəyi deyilsə də, hələlik yarımmüdafiəçi Rodriges Asis, qapıçı Dieqo Koşta və "Portu"dan icarə əsasında komandaya cəlb edilən Marat İzmaylovun "Qəbələ"dən gedəcəyi dəqiqləşib: "Hazırda baş məşqçimiz olmadığı üçün bəzi futbolçular haqda qərar verilməyib. Ancaq Rodriqes Asis və Dieqo Koştanın müqaviləsi başa çatıb. Onlar komandadan gedəcəklər. Marat İzmaylov isə icarə müqaviləsi başa çatdığı üçün məxsus olduğu "Portu" klubuna qayıdır. Yeni baş məşqçimiz təyin olunduqdan sonra yenidən Maratı komandaya cəlb edə bilərik". 

"Qəbələ"nin aparıcı futbolçularından olan Dodo dünən keçirilən kubokun final oyunundan sonra mətbuata açıqlamasında "Qəbələ"dən gedəcəyini deyib. Məsələyə münasibət bildirən Z.Əzizov  braziliyalı futbolçunun xidmətində maraqlı olduqlarını və ona yeni müqavilə təklif olunacağını qeyd edib.


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30