9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Syomin “Qəbələ”dən getdi

“Qəbələ" baş məşqçi Yuri Syominlə yollarını ayırıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar Azərbaycan Kubokunun Final matçının ardından rusiyalı mütəxəssis  və klub rəhbərliyi arasında keçirilən görüş zamanı qəbul olunub. Görüş zamanı "Qəbələ" ilə Syomin arasında müqavilənin uzadılması məsələsi müzakirə edilib. Öncəki görüşlər zamanı "Qəbələ"də qalıb-qalmayacağını final matçından sonra qətiləşdirəcəyini deyən Syomin son toplantıda komandadan ayrılmaq istədiyini bildirib.

"Qəbələ" İdman Klubu Yuri Syominə 2013-2014 mövsümündə komandadakı uğurlu fəliyyətinə görə təşəkkür edir, ona gələcək həyatında uğurlar arzulayır.

Qeyd edək ki, “Qəbələ” 9 illik tarixində Avropa miqyaslı yarışlara məhz Y.Syominin rəhbərliyi altında vəsiqə qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30