Ölkə futbolu
Land of fire Azerbaijan!
"Barselona" - "Atletiko" oyununu bütün dünya səbrsizliklə gözləyirdi. "Futbol ədalətli davrandı" - bu sözləri "Atletiko"ya çempionluq qazandıran qolun müəllifi Dieqo Qodin Barselonadakı zəfərdən sonra söyləyib. Açıgını deyim ki, final fiti səslənən anda qeyri-ixtiyari gözlərim doldu. Ömürboyu "Barselona"ya azarkeşlik etsəm də, bu dəfə sevimli komandamın çempionlugu itiməsinə görə duygulanmamışdım. Tam əksinə, bu təkcə madridlilərin yox, qəlbində Azərbaycan sevgisi olan hər kəsin zəfəri idi. Köynəklərində AZƏRBAYCAN sözü yazılan klubun çempionluğu azərbaycanlılara bambaşqa hisslər bəxş etdi. Ən azı bu hisslərə görə Hafiz Məmmədova təşəkkür düşür!
Amma yox! Azərbaycan insanını tarixən inkişafdan saxlayan genetik bir bəla var - paxıllıq. İspaniya çempionlarının formasındakı "Land of fire Azerbaijan" sözlərini həzm edə bilməyənlər "Bakı"nın prezidentinə və onun yaxın ətrafına qarşı çirkin kampaniyaya başlayıb. Hafiz Məmmədov və yaxın ətrafı haqda ağıllarına gələn hər cür şər-böhtan yazırlar. Hafiz Məmmədovu yalnız bir dəfə görmüşəm - "Bakı" çempion olanda. Həmin gün xaricdən yenicə Bakıya gəlmişdim və uzun fasilədən sonra jurnalist dostlarımdan bir-ikisiylə görüşməliydik. Görüşdük də. Həmin gün dostlar "Bakı"nın "Fidan" restoranında keçirilən tədbirində iştirak etməliydi. Vəziyyətdən çıxış yolu kimi məsləhət gördülər ki, "gedək yarım saat, bir saat oturaq çıxaq". Beləcə "çagırılmamış qonaq" qismində "Bakı"nın çempionluq təntənəsini canlı izləyə bildim. Hafiz Məmmədovun yaratdıgı isti mühit "1 saatı" məclisin sonuna qədər uzatdı.
"Bakı"nın prezidenti çox alicənab bir insan təsiri bagışlayırdı. Müxtəlif millətlərin nümayəndələrinin qatıldığı məclisdə Hafiz müəllim bir neçə dildə çıxış etdi. Jurnalistlərə münasibətdə çox mehriban idi. Demək olar ki, ayrı-ayrılıqda hər biri ilə hal-əhval tuturdu, şəkil çəkdirdi, 90-ların sonunda gördüyüm klub məmurlarından sonra belə səviyyəli prezidentə rast gəldiyimdən mədəni şok keçirirdim.. Bəlkə də bu, komandasının uğuru ilə bağlı idi. Daha sonra Hafiz müəllimi görməsəm də, onun haqda ara-sıra xəbər tuturdum. İctimaiyyətə bu adamı sevdirən özəlliklərdən biri də el diliylə desək, "çörəkverən adam" olmasıdı. Sümsük futbol veteranlarından tutmuş "reket" idman jurnalistlərinəcən Hafiz müəllimin xeyirxah damarını tutub illərdi mədəni dilənçiliklə başlarını girələyirlər. Amma indi bu tendensiya daha geniş vüsət alıb. Artıq siyasi mətbuatın "reketləri" də acgözlüklə Hafiz Məmmədova tərəf dişlərini qıcayırlar. Bu tendensiyanın "Lans"ın erməni Fransasında, "Atletiko"nun dünyanın iki ən güclü futbol çempionatından birində zəfər qazanmasıyla eyni vaxtda gerçəkləşməsini isə yuxarıda qeyd etdiyim milli xəbisliyə bağlayaq.
Hafiz Məmmədov Azərbaycanın ən yaxşı futbol bazasını, ölkənin ən yaxşı uşaq futbol akademiyasını yaradıb. Onun sayəsində dünyada xeyli adam Azərbaycan adlı ölkənin varlığını bilib. Yadımdadı, madridlilər ilk dəfə "Land of fire Azerbaijan" yazısıyla meydana çıxdıgı gün də vəlvələ vardı. "Hafiz Məmmədov cəmi bir oyunluq reklam üçün 20 milyon verdi" yazırdılar. Nəticədə bildiyiniz kimi, ilyarımdı bu reklam davam edir və bir oyun üçün söyləniləndən daha az məbləğə rəsmi müqavilə var. Bakı səfəri zamanı "Atletiko"nu tam heyətlə qəbul edən dövlət başçısı İlham Əliyev də Hafiz Məmmədovun bu təşəbbüsünü yüksək qiymətləndirib.
"Hər şey qara rəngdədi" prinsipindən əl çəkməyənlər isə sakitləşmir. Gözünü saqqal örtən "konçitalar" dünyanın gözəlliklərini görməzdən gələ bilər. Məsələn, paytaxtımızdakı yaxşı mənadakı dəyişiklikləri bütün neytral adamlar, bütün əcnəbi qonaqlar danışır. Çünki faktlardan qaçmaq mümkünsüzdü. Fakt isə 5-10 il əvvəl sovet qalığı kimi tanınan tör-töküntülü Bakının hazırda bolgənin, qitənin, dünyanın ən yaxşı, modern şəhərlərindən birinə çevrilməsidi. Fakt Azərbaycan adının dünyada tədricən tanınmağa başlamasıdı. Fakt mayın 24-də Lissabonda keçiriləcək finalda komandalardan birinin sinəsində "Azərbaycan" adını daşımasıdı.
"Atletiko" bu həftə Avropanın 1 nömrəli klubu adını da qazana bilər. Amma nəticədən asılı olmayaraq, qitənin ən mötəbər klub turnirinin finalında oynayan komandalardan birinin formaları üzərində AZƏRBAYCAN sözünün yazılması ölkəmiz adına böyük qələbədi. Bunu gözü götürməyənlər olsa da, özünə "azərbaycanlıyam" deyən qarnıqurdlu məxluqlar özünü göyə qaldırıb yerə çırpsa da, "Konçita" jurnalistlər Hafiz Məmmədov və ətrafı haqda nə yazsa da, bu belədi. Bunlar "konçitalar"ın öyrəşdiyi mülahizələr, şərləmələr, böhtanlar, qarayaxmalar, ləkələmələr yox, FAKTLARDI.
Uğurlar, "Land of fire Azerbaijan"!
Anar ŞABANOĞLU, "Futbol +" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi