10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

Şoliç: “Heç kim AZAL-ın qapıçısının qazonda nə üçün uzandığını anlamadı”

“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliçin müsahibəsi

- Sizin AZAL-a vurduğunuz qol mətbuatda hər şeydən çox müzakirə edilir. Siz rəqibin qapıçısı Ruslan Məcidovun dirəyin yaxınlığında zədəli halda uzandığını həqiqətən də görmədiniz?

- Heç kim AZAL-ın qapıçısının qazonda uzandığını görmədi. Mən topu qəbul etdim və qapıya zərbə vurdum. Heç kim onun meydanda nə üçün uzandığını heç anlamadı. Heç kim oyunu saxlamağa cəhd belə, etmədi.

- Bəs zərbə ərəfəsində görsəydiniz?

- Əgər mən dayandırmasaydım, onda bunu hakim edərdi. Hər şey elə sürətlə baş verdi ki, heç kim heç nə anlamadı. O, nə üçün yıxıldı? Top mənə çatdı, mən topu tezcə rahladım və qapıya vurdum. Qolu ləğv etmək və “Bakı” qol vurduqdan sonra şikayət etmək, düşünürəm ki, mənasızdır.

- Bu qələbədən sonra komandadakı ab-hava yaxşılaşdı?

- Bizdə hər şey qaydasındadır.

- Deyirlər ki, oyunçular əməkhaqqılarını almırlar. Belə vəziyyətlərdə futbolçular ən azından, adətən məşq etmək istəmirlər.

- Bütün bunlar cəfəngiyatdır. Beş ildir ki, mən bu komandadayam. Klub prezidenti Hafiz Məmmədova dərindən hörmət edirəm. O, mənim üçün çox şey edib. Klubda bir-iki aylıq gecikməyə görə incisəydim, necə insan olardım? Məmmədov komandaya lazım olduğundan çox şey edib. O, heç vaxt borclu qalmayıb.

- Axı heç də hamı “Bakı”da beş il oynamır...

- İndiki halda, mən öz yerimə danışıram. Elə ümumilikdə də, komandada hamı ona etibar edir. Mən əminəm ki, yaxın vaxtlarda borclar ödəniləcək.

- Belə bir məlumat yayılıb ki, yerli oyunçular xariciləri 34-cü tur çərçivəsində Qəbələdə keçirmiş oyuna yollanmaqdan daşındırmaq üçün dilə tutublar. Bu, həqiqətdir?

- Mən belə bir şey eşitməmişəm. Belə bir hal olsaydı, mən bilərdim. “Bakı” futbolçuları qarşısında öhdəlikləri həmişə yerinə yetirən bir klubdur.


azerisport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30