10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

“Qalatasaray” - “Fənərbaxça” derbisi Bakıda olacaq” şousu başladı REPLİKA

Son illərdə olduğu kimi yenə də "Qalatasaray" - "Fənərbaxça" matçı Bakıda keçirilə bilər, keçiriləcək və s." tipli xəbərlər saytları bəzəyir. Həmkarlarımı qınamıram, nəsə yazmaq lazımdı. Amma Futbolxeber.az daha bu tip xəbərlər yazmayacaq. Ən azından xəbər rəsmi olaraq təsdiqini tapana kimi.

Yox, elə bilməyin ki, biz möhtəşəm İstanbul derbisinin Bakıda keçirilməsinə qarşıyıq. Əksinə, bunu ən çox istəyənlərdən biriyik. Çünki aramızda həqiqi (bəziləri kimi “Qalatasaray” UEFA Kubokunu qazanandan sonra yox!) “Cim-Bom”lu var. Belə bir oyunun Bakıda keçirilməsi həqiqətən də möhtəşəm olardı. Gəl ki, bu real deyil. Nə İstanbul nəhəngləri gəlib, Bakıda oynayandılar, nə də AFFA belə məsuliyyətin altına girən. İstanbul nəhənglərini qoydum bir qırağa. Sizcə, AFFA belə bir oyunu qəbul edər? Mümkün deyil. Bizim AFFA məsuliyyətdən qorxur. Əgər, qorxmasaydılar İstanbul derbisini elə keçən il qəbul edirdilər də. “Vaxtımız yox, başımız qatışıqdı” tipli sözlər yalnız bəhanədi. Çünki bizim AFFA-ya bu tipli oyunlar lazım deyil. Neyniriy eee, Türkiyə Superkubokunu. Bizə 17 yaşlı qızlar arasında dünya çempionatı, Qırğızıstan, Əfqanıstan kimi “güclü” kollektivlərin toplaşdığı mənasız turnirlər lazımdı. Yalan deyirəm? Bunu mən yox, AFFA prezidenti Rövnəq Abdullayev deyir hörmətli oxucu. Hardasa, 1 il əvvəl UEFA Superkuboku uğrunda oyun Tiflisə təyin olunanda (2015-ci il), cənab Abdullayev təxminən belə bir açıqlama vermişdi ki, “17 yaşlı qızlar arasında dünya çempionatı UEFA Superkubokundan daha səviyyəli (bəlkə də nüfuzlu demişdi) turnirdi”. Bir ölkənin futbol assosiasiyasının prezidenti belə deyirsə...

Dünən televiziyada Bakının AVRO-2020-nin bəzi matçlarına ev sahibliyi etməsiylə bağlı hazırlanmış videoroliki gördüm. Videoroliklə işim yox. Amma mənim üçün maraqlıdır, görəsən AFFA rəhbərliyi həqiqətənmi UEFA-nın Bakınən lehinə qərar qəbul edəcəyinə inanırlar? ÇL, Avroliqa, Superkubok kimi 1 oyunluq matçlara ev sahibliyi etməyən şəhərə hansı ağıllı Avropa çempionatının oyununu etibar edər?

Şahin ZÜLFÜQAROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30