29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Topaz Azərbaycan çempionatının oyunlarına yenə “barmaq etdi”

Yarandığı gündən tez-tez tənqid olunan Topaz növbəti dəfə mərc həvəskarlarının qınağına tuş gəlib. Futbolxeber.az-ın məlumatına görə, dünən Azərbaycan Premyer Liqası çərçivəsi baş tutan oyunlardan ikisi ilə bağlı yaşananlar mərc həvəskarlarını narazı salıb. Belə ki, Topaz “Rəvan” - “Qəbələ” matçını “dondurub”. Aprelin 18-də Topaz-ın cümə, şənbə və bazar günü üçün açıqlanan oyun proqramında bu oyun da yer alıb. Lakin bazar günü səhər saatlarından etibarən Topaz bu matça mərcləri qəbul etməyib. Heç bir səbəb açıqlanmadan Topaz azarkeşləri bu oyuna mərc etmək imkanından məhrum edib. Bəzi məntəqələrdə “niyə “Rəvan” - “Qəbələ” matçına mərc etmək mümkün deyil” sualını hətta “oyun təxirə salınıb” cavabını verənlər də tapılıb. Halbuki oyunun təxirə salınmasından söhbət gedə bilməzdi.

“Simurq” - “Qarabağ” matçıyla bağlı daha maraqlı hadisələr yaşanıb. Cümə günü açıqlanan oyun proqramında “Qarabağ”ın qələbəsi 2,10 əmsalı ilə dəyərləndirilib. Lakin bazar günü səhər saatlarından etibarən Ağdam klubunun qələbə əmsalı 2,10-dan 1,40-a düşüb. Əslində hər bir oyunun əmsalında dəyişiklik olması mümkündür. Amma bu dəyişiklik 0,10 və ya 0,20-dən artıq olmur. Hansısa bir oyun üçün mərc əmsalının 2,10-dan 1,40-a düşməsi ilk dəfə yaşanıb. Bu məqam istər-istəməz mərc həvəskarlarını çaşdırıb. Yekunda isə “Simurq” gözlənilmədən lider məğlub edib.

Bəlkə də mərc həvəskarlarının narazılıqları əbəsdir. Lakin çempionata məhz Topazın sponsorluq etməsi istər-istəməz insanların ürəyinə şübhə salır.

REDAKSİYADAN: Bu xəbərə bir neçə mərc həvəskarının müraciətinə əsasən yer veririk. Topazdan məsələ ilə bağlı heç bir fikir öyrənməyəcəyik. Çünki dəfələrlə digər narazılıqlarla bağlı fikir öyrənmək istəsək də, hər dəfə qarşı tərəfdən cavab ala bilməmişik. Bununle belə, bir daha vurğulayırıq ki istədikləri zaman Topaz nümayəndələrinin da narazılıqla bağlı fikirlərinə yer verməyə hazırıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31