10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

“Qəbələ”dən İtaliya klubuna 8 cavabsız qol

İtaliyanın Turin şəhərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən Stefano Qusella xatirə turnirinin açılış günü "Qəbələ" üçün uğurlu alınıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, açılış günündə iki oyun keçirən "qırmızı-qaralar" aktivinə 4 xal yazıb. İlk matçda yerli "Valle dAosta" kollektivi ilə üz-üzə gələn Hüseynqulu Quliyevin yetirmələri meydançanı 1:1-lik heç-heçə ilə tərk edib. "Qəbələ"yə 1 xal qazandıran qolu Nəsib Ələkbərov rəqib qapısından keçirib. İkinci oyunda "Arenzano" ilə qarşılaşan təmsilçimiz turinliləri meydançaya çıxmağa peşman edib. Cavidan Qasımlı (2), Əli Məzahirli (2), Allahverdi Əsədov (2), Əli Sadıxov və Nəsib Ələkbərovun qolları "qırmızı-qaralar"a 8:0-lıq qələbə qazandırıb.

Komandamız qrupun son oyununda bu gün "Torino" ilə üz-üzə gələcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30