29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qarabağ” “Simurq”la oyunun hazırlığına start verdi

“Qarabağ” məşqlərə başlayıb. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanın lideri olan “Qarabağ” XXXI turda baş tutacaq “Simurq”la oyunun hazırlıqlarına start verib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Rəvan” üzərində qələbədən sonra (5:1) komandaya 2 günlük istirahət vermişdi.

Bu gün yenidən yığışan komanda günün yeganə çalışması üçün Suraxanı qəsəbə stadionunda yollanıb. “Qarabağ”ın məşqi 16:30-da start götürüb.

Heyətdə cəzalı və zədəlilərin olmaması texniki heyəti sevindirir. “Qarabağ” daha 2 gün Bakıda məşq etdikdən sonra Zaqatalaya yollanacaq.

Qeyd edək ki, “Simurq” - “Qarabağ” oyunu aprelin 20-də, saat 17:00-da Zaqatala şəhər stadionunda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31