29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Prezidentimizə söz vermişəm”

“Çətin və mübarizə ilə bol bir oyun oldu. Bir neçə futbolçumuz bu gün meydana çıxa bilmədi. Rəqibimiz güclü idi, ilk dəqiqələrdə qapımızda qol gördük. Bu da rəqib komandaya üstünlük verdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

O, komandasının qələbəyə layiq olduğunu bildirib: “Xəzər Lənkəran”ın cərimə zərbələrini çox yaxşı yerinə yetirməsini futbolçularıma demişdim. İlk hissəni 0-2 hesabı ilə geridə olsaq da, fasilədə futbolçularıma tövsiyyələrimi verdim. İkinci hissədə daha həvəsli oynadıq, komandam qələbəyə layiq idi. Hücumda çatışmazlıqlarımız var, iki gənc futbolçuya bu gün şans verdim. “Neftçi” ilə oyuna top rəqib futbolçunun əlinə dəymişdi, hakim isə 11 metrlik cərimə zərbəsi təyin etməmişdi. Ona görə bu haqda danışmışdım. Klubumuzun prezidentinə söz vermişəm, hakimlikdən danışmayacam. Hakim də insandır, səhv edə bilər. İlk üçlüyə düşmək üçün sona kimi mübarizə aparacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31